İşin təsviri

PAŞA Property Management “Xidmət işçisi” vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, yüksək xidmət mədəniyyətinə sahib, məsuliyyətli, ünsiyyətcil və qonaqpərvər əməkdaşlar axtarırıq.

Vəzifə öhdəlikləri

  • Gələn qonaqları nəzakətlə qarşılamaq və salamlamaq;
  • Zərurət yarandıqda qeydiyyat bölməsində və ya foyedə qonaqlara, ziyarətçilərə və əməkdaşlara dəstək göstərmək;
  • Qonaqların baqajlarının qeydiyyat bölməsinə və ya yaşayış sahələrinə daşınmasına kömək etmək;
  • Qonaqlar üçün daxil olan məktub, bağlama, qida sifarişləri, güllər və digər göndərişləri xidmət standartlarına uyğun şəkildə çatdırmaq.
  • Baqaj saxlama formalarını düzgün şəkildə doldurmaq və yeniləmək;
  • Qonaqların müraciətlərini operativ, dəqiq və nəzakətli şəkildə cavablandırmaq, lazım olduqda istiqamətləndirmək;
  • Şirkətin daxili prosedurlarına və xidmət standartlarına uyğun fəaliyyət göstərmək;

Tələblər

  • Müştəri xidməti və ya qonaqpərvərlik sahəsində iş təcrübəsi üstünlükdür;
  • Yüksək ünsiyyət və təqdimat bacarığı;
  • Nəzakətli, məsuliyyətli və operativ olmaq;
  • Komanda ilə işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq (ingilis və rus dillərini bilmək üstünlükdür);
  • Fiziki aktiv iş rejimində çalışmaq bacarığı.