İşin təsviri
PAŞA Property Management “Hovuz üzrə Təmizlik işçisi” vakansiyası elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management peşəkar komandamıza qoşulmaq üçün Hovuz üzrə Təmizlik işçisi vakansiyası üzrə namizədlərin müraciətlərini qəbul edir.
Əgər siz məsuliyyətli, çevik, komandada işləməyi bacaran və təmizliyə xüsusi diqqət yetirən birisinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
- Hovuzun suyu, döşəməsi, divarları və digər sahələrinin gündəlik təmizliyini və dezinfeksiyasını təmin etmək;
- Skimmerlərin, su axınlarının və su dövriyyə sistemlərinin təmizliyini həyata keçirmək;
- Fəvvarələrin su axını sistemlərinin və pompalarının təmizliyini təmin etmək, su ətrafında yaranan kir və yosunları aradan qaldırmaq;
- Filtrlərin, pompaların və digər hovuz avadanlıqlarının təmiz saxlanılmasına nəzarət etmək;
- Təmizlik üçün istifadə olunan avadanlıqları səliqəli, təmiz və işlək vəziyyətdə saxlamaq;
- Hovuz ətrafındakı oturacaqların, günəş çarpayılarının və digər istifadə sahələrinin təmiz və təhlükəsiz vəziyyətdə olmasını təmin etmək;
- Hovuzun ətrafında yaranan çirk və tullantıları mütəmadi olaraq təmizləmək;
- Nasaz və ya düzgün işləməyən avadanlıqlar barədə birbaşa rəhbərə vaxtında məlumat vermək;
- Təmizlik inventarlarının və avadanlıqlarının saxlanıldığı anbarın təmizliyini təmin etmək;
Tələblər
Məsuliyyətli, diqqətli və çevik olmaq;
Komandada işləmək bacarığına malik olmaq;
Təmizlik vasitələri, kimyəvi maddələr və avadanlıqlardan təhlükəsiz istifadə qaydalarını bilmək;
Hovuz, SPA və ya otel mühitində təmizlik sahəsində iş təcrübəsi üstünlük hesab olunur