İşin təsviri
- Hava limanı ərazisində yerləşən qazanxana və istilik təchizatı sistemlərinin fasiləsiz, etibarlı və təhlükəsiz istismarını təmin etmək;
- Qazanların işə salınması və dayandırılması proseslərini həyata keçirmək, onların istismar rejiminə nəzarət etmək;
- İstilik, təzyiq və temperatur göstəricilərini mütəmadi olaraq izləmək və müəyyən edilmiş normalara uyğunluğunu təmin etmək;
- Qazanxana avadanlıqlarında yaranan nasazlıqları operativ şəkildə aradan qaldırmaq, zərurət yarandıqda müvafiq texniki xidmət bölməsinə məlumat vermək;
- Hava limanının ərazisində qüvvədə olan təhlükəsizlik, yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və buraxılış-rejim qaydalarına ciddi riayət etmək.
Tələblər
- Təhsil: Orta təhsil;
- İş təcrübəsi: minimum 2 il;
- Dil bilikləri: Azərbaycan dili əla;
- Problemi həll etmə bacarığı;
- Öyrənmə və işə uyğunlaşma qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Qazanxana operatoru üzrə müvafiq peşə hazırlığı və ya ixtisasartırma sertifikatının olması arzuolunandır;
- Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi üzrə təlim və sertifikatların olması üstünlükdür.
İş yeri
- Heydər Əliyev Beynəlxalq Aeroportu
İş qrafiki
- 5 günlük