Məzmuna keçin
PASHA Real Estate Group yerləşdirilib

Dizayn Meneceri (Yaşayış Layihələri üzrə)

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Biz bir neçə yaşayış layihəsi üzrə layihələndirmə prosesinə rəhbərlik edəcək, standartlaşdırılmış yaşayış məhsulları platformasını formalaşdıracaq və inkişaf etdirəcək, layihələndirmənin səmərəliliyini və tikinti xərclərini optimallaşdıracaq, bütün layihə mərhələlərində dizayn keyfiyyətini, normativ tələblərə uyğunluğu və ardıcıllığı təmin edəcək təcrübəli Dizayn Meneceri (Yaşayış Layihələri üzrə) axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

Paralel olaraq həyata keçirilən layihələrin layihələndirmə prosesinə ilkin texniki-iqtisadi qiymətləndirmə və baş plandan başlayaraq konseptual layihələndirmə, layihə sənədlərinin hazırlanması, tender və tikinti üçün işçi layihə (IFC – Issued for Construction) mərhələlərinə qədər rəhbərlik etmək.

Yaşayış layihələri üzrə standartlaşdırılmış məhsul platformasını formalaşdırmaq və idarə etmək: müxtəlif layihələrdə təkrar istifadə edilə bilən məhdud sayda mənzil plan tipləri, standart sanitar qovşaqlar, mətbəxlər, hamam otaqları, fasadlar və mühəndis-kommunikasiya sistemləri (MEP) modullarını müəyyən etmək.

Yüksək həcmdə satın alınan məhsulların çərçivə müqavilələri əsasında tədarükünə uyğun layihələndirmə standartlarını, texniki spesifikasiyaları və material kataloqunu müəyyən etmək. Bura yığma konstruksiya elementləri, plitələr, döşəmə örtükləri, santexnika avadanlıqları, qapılar, mətbəx mebelləri və işıqlandırma sistemləri daxildir.

Sənaye üsulu ilə tikinti prinsiplərinə uyğun layihələndirməni təmin etmək: yığma dəmir-beton konstruksiya sistemləri, hazır hamam modulları, standartlaşdırılmış fasadlar və təkrarlanan şaquli mühəndis-kommunikasiya xətləri tətbiq etmək, istehsal və montaj üçün layihələndirmə (Design for Manufacture and Assembly – DfMA) prinsiplərini rəhbər tutmaq.

Satışa yararlı sahənin səmərəliliyini, mənzil tərkibini və parklanma nisbətlərini optimallaşdırmaq, mənzil plan tiplərini təkmilləşdirmək üçün satış və satış sürəti (absorption) göstəricilərindən istifadə etmək.

Hər bir layihənin təsdiq edilmiş kvadratmetr üzrə xərc büdcəsinə uyğun layihələndirilməsini təmin etmək və Xərclərə Nəzarət (Cost Control) komandası ilə birlikdə dəyərin optimallaşdırılması (Value Engineering) üzrə baxışlara rəhbərlik etmək.

Layihə həllərinin yekunlaşdırılmasına (Design Freeze) nəzarət etmək, bu mərhələdən sonra dəyişiklikləri idarə etmək və fərdi dəyişiklikləri yalnız təsdiq edilmiş seçim paketləri çərçivəsində saxlamaq.

Layihələndirmənin əsas mərhələlərinə nəzarət etmək: xərc hədəfinin müəyyən edilməsi, prototipin hazırlanması, tender sənədləri paketinin formalaşdırılması, nümunə sahələrin (mock-up) hazırlanması və texniki spesifikasiyaların yekunlaşdırılması. Tenderdən əvvəl layihə həllərinin yekunlaşdırılmasını təmin etmək.

Bir neçə mərhələdən ibarət yaşayış komplekslərinin baş planlaşdırılmasına və mərhələli inkişafına rəhbərlik etmək, infrastruktur, kommunal xidmətlər, landşaft və sosial təyinatlı obyektlərin koordinasiyasını təmin etmək.

Layihələndirmə üzrə məsləhətçi şirkətləri seçmək və idarə etmək, o cümlədən çərçivə müqavilələrinin, iş həcmlərinin, xidmət haqlarının və fəaliyyət göstəricilərinin müəyyən edilməsini təmin etmək.

Hüquq və icazələr üzrə komandalarla əməkdaşlıq edərək hər bir layihə mərhələsi üçün şəhərsalma və tikinti razılıqlarının, dövlət ekspertizası rəylərinin və müvafiq icazələrin alınmasını təmin etmək.

Tikinti mərhələsində texniki sorğuların (RFI) və işçi çertyojların operativ nəzərdən keçirilməsini, nümunə sahələrin təsdiqini təmin etmək, həmçinin təhvil-təslim zamanı aşkarlanan qüsurlardan əldə edilən təcrübəni gələcək layihələrdə tətbiq olunan standartlara inteqrasiya etmək.

Tələblər

  • Memarlıq ixtisası üzrə bakalavr və ya magistr dərəcəsi
  • Memarlıq və layihələndirmənin idarə edilməsi sahəsində minimum 15 il iş təcrübəsi, o cümlədən Dizayn şöbəsinin rəhbəri, Dizayn meneceri və ya ekvivalent vəzifədə ən azı 8 il təcrübə
  • Kütləvi yaşayış tikintisi və ya genişmiqyaslı baş planlaşdırılmış yaşayış kompleksləri də daxil olmaqla, ümumi tikinti sahəsi (GFA) ən azı 1 000 000 m² olan yaşayış layihələrində layihələndirmə üzrə rəhbərlik təcrübəsi
  • Bir neçə layihədə təkrar istifadə olunan standart mənzil plan tipləri kitabxanalarının və məhsul platformalarının yaradılması üzrə təsdiqlənmiş təcrübə
  • Yığma konstruksiyalar, modulyar və ya digər sənayeləşdirilmiş tikinti sistemləri üzrə layihələndirmədə praktiki təcrübə
  • Podium hissəsində ticarət sahələri və parkinq olan çoxmərtəbəli yaşayış qüllələrinin layihələndirilməsi üzrə təcrübə, o cümlədən seysmik layihələndirmə tələbləri nəzərə alınmaqla
  • Paralel layihələr üzrə çoxprofilli məsləhətçi komandalarına və daxili layihələndirmə komandalarına rəhbərlik təcrübəsi
  • BIM əsaslı layihələndirmə proseslərinin (Revit, Navisworks) qabaqcıl səviyyədə mənimsənilməsi, o cümlədən model əsaslı kəmiyyət hesablamalarının aparılması
  • İngilis dilində yazılı və şifahi ünsiyyət bacarıqlarının yüksək səviyyədə olması, həmçinin idarə heyəti səviyyəsində təqdimat bacarıqları

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →