İşin təsviri
- Şirkətdə risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qurulması prosesində iştirak etmək
- Risklərin idarə olunması və daxili nəzarət üzrə daxili qayda və prosedurların hazırlanması və mütəmadi yenilənməsinə dəstək vermək
- Daxili nəzarət boşluqlarını müəyyən etmək, riskləri təhlil etmək və onların dövri qiymətləndirilməsində iştirak etmək
- Şirkətin mövcud və potensial riskləri, onların dinamikası və idarə olunması üzrə mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
- Risklərin idarə olunması və daxili nəzarət proseslərinin müxtəlif mərhələləri üzrə nəticələrin hazırlanması və təqdim olunmasında iştirak etmək
- Şirkətdə risk mədəniyyətinin formalaşdırılması və inkişafına töhfə vermək
- Şirkətdaxili normativ sənədləri və biznes proseslərini təhlil etmək, aşkar edilən uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək
- Əsas biznes prosesləri üzrə monitorinqlərin təşkilinə nəzarət etmək və risklərin azaldılması üzrə təkliflər hazırlamaq
- Əməliyyatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu monitorinq etmək və hesabatlar təqdim etmək
- Daxili və xarici audit nəticələrini təhlil etmək, aşkarlanmış uyğunsuzluqlar üzrə tədbirlər planı hazırlamaq
- Zərurət yarandıqda ezamiyyətlərdə iştirak etmək
Tələblər
- Maliyyə, İqtisadiyyat, İdarəetmə, Audit və ya Risk sahələri üzrə bakalavr təhsili olmalı
- ACCA, CFI, CFA, FRM, CIA, CRMA, MOSE, CERM, COSO kimi beynəlxalq peşəkar sertifikatlara sahib olmaq üstünlükdür
- Risk, Audit və ya Maliyyə sahəsində minimum 3 il iş təcrübəsi olmalı
- Azərbaycan dili – mükəmməl, Rus və İngilis dilləri – arzuolunandır
- MS Office proqramlarında, xüsusilə MS Excel-də yüksək səviyyədə işləmək bacarığı olmalı
- Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və azaldılması metodologiyaları üzrə bilikləri olmalı
- Daxili nəzarət və risk idarəetmə sistemlərinin qurulması və monitorinqi üzrə bilikləri olmalı
- Analitik düşünmə və problemlərin həlli bacarıqları olmalı
- Hesabatların hazırlanması və təqdimat bacarığı olmalıdır