İşin təsviri
- Qrupun vergi öhdəliklərinin qanunvericiliyə uyğun və optimal şəkildə idarə edilməsini təmin etmək, riskləri minimuma endirərək səmərəli vergi strategiyası qurmaq və tətbiq etmək;
- Layihə və əməliyyatların vergi baxımından təhlili və planlaşdırılması, vergi risklərinin müəyyənləşdirilməsi, təhlili və azaldılması üçün təkliflərin hazırlanması;
- Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsinə nəzarət edərək, vergi Məcəlləsinə və digər normativ aktlara uyğun olaraq əməliyyatların düzgün əks etdirilməsinin təmin edilməsi;
- Qanunvericilik dəyişikliklərinin izlənməsi, rəhbərliyə məlumat verilməsi, eləcə də vergi orqanları ilə yazışmaların və yoxlamaların idarə edilməsi.
Tələblər
- Müvafiq ixtisas (Maliyyə, iqtisadiyyat və s.) üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 10 il iş təcrübəsi;
- 1C Mühasibatlıq proqramı üzrə biliklərin olması;
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis – yaxşı;
- Kompüter bacarıqları: MS Office proqramları, yüksək səviyyədə Excel bacarığı;
- Yüksək təqdimat və idarəetmə bacarığı;
- Yüksək analitik düşüncə bacarığı.