İşin təsviri
Vəzifə öhdəlikləri
- Qaz xətləri, metal konstruksiyalar və borular üzrə qaynaq işlərini yerinə yetirmək;
- Boruların kəsilməsi, birləşdirilməsi və montajını texniki tələblərə uyğun həyata keçirmək;
- Yarımavtomat və qaz qaynağı aparatlarından düzgün və təhlükəsiz istifadə etmək;
- Qaynaq edilən materiala uyğun elektrod, avadanlıq və qaynaq üsulunu seçmək;
- Qaynaq tikişlərinin keyfiyyətini yoxlamaq, qüsurları müəyyən etmək və aradan qaldırmaq;
- Nasaz metal hissələrin və avadanlıqların təmirini həyata keçirmək;
- İstifadə olunan odluq, reduktor, balon və nəzarət-ölçü cihazlarının sazlığını yoxlamaq;
- Texniki çertyoj və sxemlərə uyğun işləmək;
- Aşkar olunmuş nasazlıq və təhlükəli hallar barədə dərhal qrup rəhbərinə məlumat vermək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.
Namizədə tələblər
- Orta və ya orta ixtisas təhsili;
- Qaynaqçı ixtisasını təsdiq edən peşə hazırlığı sənədi və ya sertifikat;
- Qaynaq işləri üzrə müvafiq iş təcrübəsi;
- Yarımavtomat və qaz qaynağı aparatlarının texniki istismar qaydalarını bilmək;
- Qaynaq tikişlərinin növləri, yarana biləcək qüsurlar və onların aradan qaldırılması üsulları barədə bilik;
- Elektrodların növlərini və qaynaq tikişlərinin texnoloji ardıcıllığını bilmək;
- Odluq, reduktor, balon və nəzarət-ölçü cihazlarından təhlükəsiz istifadə bacarığı;
- “Təbii qazdan istifadə Qaydaları”nı və qazdan təhlükəsiz istifadə üzrə təlimatları bilmək;
- Məsuliyyətli, intizamlı, diqqətli və komanda ilə işləmək bacarığı.
Əlavə məlumat
- Servis şirkət tərəfindən təmin olunur.
- Əmək haqqı: razılaşma əsasında.
- İş qrafiki: həftənin 5 günü, 08:00–17:00 (əlavə iş saatları nəzərə alınır).
Tələblərə cavab verən namizədlər CV-lərini cv@predsol.com elektron poçt ünvanına “Qaynaqçı” mövzu başlığı ilə göndərə bilərlər.