Məzmuna keçin
Prime Accessories Mağazalar Şəbəkəsi yerləşdirilib

Brend menecer

Maaş
1 200 – 1 500 AZN
Şəhər
Bakı

Vakansiya haqqında

Biz brendi yalnız idarə edən deyil, onu hiss edən, inkişaf etdirən və bazarda fərqləndirən bir lider axtarırıq.

Prime Accessories – yeniliklərə açıq, müştəri təcrübəsini və brend dəyərini ön planda tutan dinamik retail şirkətidir. Bizim üçün brend sadəcə məhsul deyil, müştərinin yaşadığı hissdir. Bu hissi formalaşdıracaq, brend strategiyasını gücləndirəcək və komandaya istiqamət verərək brendin satışını artıracaq dəyərli əməkdaş axtarırıq.

Hansı işləri görəcəksiniz:

Pərakəndə mağazalar qarşısında qoyulan hədəf və aylıq satış planlarının həyata keçirilməsinə dəstək olmaq;

Dəri proyekti ( çanta, cüzdan, kəmər, çamadan) bütün məhsulları tanımaq, onların qiymətini, özəllik və texniki parametrlərini bilmək;

Məhsullar haqqında treninqlər keçirtmək, məhsulun texniki tərəfləri və satış standartı haqqında məlumat vermək;

Brend strategiyasının hazırlanması və həyata keçirilməsi;

Məhsul alışı zamanı malları vaxtında sifariş vermək;

Mal çeşidləri üzrə maksimal və minimal qalıqları təyin etmək;

Mağazaların aylıq satış planlarının qoyulmasında iştirak etmək, qoyulan aylıq planların yerinə yetirilməsini təqib etmək;

Satış və marketinq komandaları ilə birlikdə brendin satış performansına təsir edən layihələrin həyata keçirilməsi;

Bazar, rəqiblər və müştəri davranışlarının təhlil edilməsi;

Yeni məhsulların və kolleksiyaların bazara təqdim olunması prosesində iştirak;

Aylıq və rüblük hesabatların hazırlanması.

Tələblər

  • Ali təhsil (Marketinq, Biznes idarəçiliyi və ya əlaqəli sahələr üzrə)
  • Satış sahəsində, brend idarəçiliyi və ya kateqoriya menecer kimi 3 ildən yuxarı iş təcrübəsi
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək ( xüsusilə Excel mütləqdir )
  • Rus və İngilis dili bilikləri mütləqdir
  • Analitik düşünmə və bazar analiz bacarığı
  • Təlim keçmək, təqdimat etmək bacarığı mütləqdir
  • Kreativ düşüncə və güclü təqdimat bacarığı
  • Komanda ilə işləmə və layihələri idarə etmə bacarığı
  • Filial səfərlərinə hazır olmaq

Üstünlük hesab olunur

  • Brend menecer və ya kateqoriya meneceri kimi qeyri-qida sahəsində təcrübəsi olanlara üstünlük veriləcək

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →