Vakansiya haqqında
Prior Leasing şirkəti komandamıza qoşulacaq, ünsiyyət bacarığı və təqdimat qabiliyyəti ilə seçilən Brand Face axtarır!
Vəzifə öhdəlikləri
Şirkətin brend siması kimi reklam, sosial media və korporativ videolarda iştirak etmək
Rayonlara ezamiyyətlər zamanı fermerlər və tərəfdaşlarla görüşlər, müsahibələr və reportajlar aparmaq
Şirkətin məhsul və xidmətlərini təqdim etmək
Sərgi, festival, və tədbirlərdə şirkəti təmsil etmək və aparıcılıq etmək
Sosial media platformaları üçün qısa formatlı kontentlərin çəkilişində iştirak etmək
Marketinq komandası və videoqrafla birgə kontent ideyalarının hazırlanmasına töhfə vermək
Çəkiliş və tədbirlər zamanı şirkətin brend üslubuna və kommunikasiya qaydalarına riayət etmək.
İş şərtləri
İş qrafiki: Həftədə 5 iş günü;
İş yeri: Çinar Park Biznes Mərkəzi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Brand Face” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2630&source=UC_65TIFH linki vasitəsi ilə müraciət etmələri xahiş olunur.
Tələblər
- Kamera qarşısında çıxış etmək bacarığı
- Azərbaycan dilində səlis, aydın və düzgün nitq
- Yüksək ünsiyyət və təqdimat bacarığı
- Müxtəlif auditoriyalar, xüsusilə fermerlər və region sakinləri ilə effektiv kommunikasiya qurmaq bacarığı
- Rayonlara mütəmadi ezamiyyətlərə hazır olmaq
- Sosial media platformaları və müasir kontent trendləri haqqında məlumatlı olmaq
Üstünlük hesab olunur
- Aparıcılıq, jurnalistika, reklam və ya media sahəsində təcrübə arzuolunandır
Oxşar elanlar
- Marketinq meneceriiMotors · 2 gün əvvəl
- SMM və Marketinq üzrə mütəxəssisFTL MMC · 3 gün əvvəl
- Marketing meneceri"Artestetik" marketinq · 3 gün əvvəl
- MobiloqrafEtagi Azerbaijan · 3 gün əvvəl
- SMM mütəxəssisiKids Gymnastics · 3 gün əvvəl
- Brend menecerPrime Accessories Mağazalar Şəbəkəsi · 4 gün əvvəl