İşin təsviri
- Anbara daxil və anbardan xaric olan mal-materialın, təkərlərin, mator yağlarının, sürtkü yağlarının, eləcə də pambıq becərməsində lazım olan zəhərli dərmanların boşaldılması və ya yüklənməsini təmin etmək;
- Anbar müdirinin, baş anbardarın və anbardarların göstərişi əsasında anbara daxil olan mal-materialların sayılmasında, onların qeyd etdiyi stellajlara yığılmasın, təhlükəsizliyini, səliqəli yığılmasını və digər işlərin görülməsi;
- Baş anbardarın və anbardarların yazdığı göndəriş sənədlərinə əsasən, yükqaldırıcı platformadan istifadə edərək malların stellajlardan təhlükəsiz şəkildə yığılması və göndəriş sənədlərinə əsasən, eyni qaydada malların stellajlardan götürülməsi;
- Sifarişçilərə mal material göndərişi zamanı malların yuxarıda qeyd edilən kimi təhlükəsizlik qaydalarına əməl edərək anbar maşınlarına yüklənməsində və malların yüklənmə vaxtı sayılmasında iştirak etmək;
- Anbar müdirinin, baş anbardarın və anbardarların göstərişi əsasında öz iş yerlərini təmiz və səliqəli saxlamalı, ehtiyac olarsa, mərkəzi anbarın digər ərazilərin təmizlənməsində iştirak etmək;
- Yüklərin avtoyükləyici ilə təyinatı üzrə boşaldılması, daşınması, yerləşdirilməsini icra etmək;
Tələblər
- Müvafiq təlimatları bilmək
- Daxili əmək rejimi qaydalarını, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydalarına dair biliklər. Yükləmə və boşaltma qaydaları
- Əl alətləri və avadanlıqlardan istifadə
- Təhlükəsizlik və əməyin mühafizəsi qaydaları
- Materialların düzgün daşınması və yerləşdirilməsi
- Sadə anbar və istehsalat əməliyyatları
- Texniki tapşırıqları başa düşmək və icra etmək bacarığı