İşin təsviri
- Filialın mexanizasiya sahəsi üzrə məlumatların texniki xidmət moduluna işlənilməsi;
- Mexanizasiya sahəsi üzrə toplu və individual sifarişlərin, təchizatın və təminatın qeydlərinin, hesabatlığın aparılması;
- Təmir olunacaq\olunmuş, texniki xidmət olunacaq\olunmuş texnika və aqreqatlar üzrə qeydlərin TXM üzərindən aparılması və izlənməsi;
- Ehtiyat hissə və yanacaq qalıqları üzrə hesabatlığın aparılması;
- Texnika və aqreqatların sahə üzrə işləri barədə məlumatların hazırlanması;
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
Təhsil: Ali təhsil (texniki arzuolunandır)
Təcrübə: Aidiyyatı sahə üzrə bir illik iş təcrübəsi
Sertifikatlar: Kompüter istifadə sertifikatı (Windows, MS Office)
Dil bilikləri: Azərbaycan dili səlis, ingilis və rus dili arzuolunandır
Səriştə və bacarıqlar:
- Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, iş rejimi, istismar qaydaları və təmir metodları barədə məlumatlı olmaq;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilmək;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığına malik olmaq;
- Məntiqi düşüncə və qərar qəbuletmə bacarığı.