İşin təsviri
Təsvir
- İllik fəaliyyət planlarını hazırlanmasında iştirak etmək, müəssisədə məhsul istehsalı üçün tələb olunan ilkin büdcə barədə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Texnoloji xəritələrin hazırlanması, səpindən məhsul yığımına qədər istehsal proseslərinə nəzarət etmək;
- Məhsuldarlığın artırılması və istehsal prosesinin yaxşılaşdırılması üçün təkliflər vermək;
- İstehsal prosesləri zamanı təsərrüfatların toxum, gübrə, pestisid, lazımi kənd təsərrüfatı maşın və avadanlıqlarına olan ehtiyacı barədə yuxarı orqanlar qarşısında məsələ qaldırmaq;
- Mütamadi olaraq təsərrüfatlarda əkinçilik üzrə monitorinqlər keçirmək, problemləri aşkar etmək, rəhbərliyə hesabat formasında təqdim etmək və onların aradan qaldırılması üçün çevik addımların atılmasını təmin etmək;
- Məhsul yığımının vaxtlarını müəyyən etmək, hava şəraiti və təminata uyğun şəkildə planlaşdırmaq və həyata keçirmək;
- Torpağın münbitliyinin artırılmasına diqqət yetirilməklə təsərrüfatlarda növbəli əkinçilik sistemlərinin tətbiqi və əkindən əvvəl hər hektardan məhsuldarlıq normalarının müəyyən edilməsi;
- Növbəli əkin sxeminin tərtibi, sortların seçimi, səpin normasının müəyyən edilməsi, gübrələrin növləri, onların verilmə vaxtı və tətbiq üsulları və yığım qrafikinin hazırlanması;
- Kənd təsərrüfatı fəaliyyətinin nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq və rəhbərliyə təqdim olunması;
- Müəssisənin strateji inkişafına uyğun olaraq modernizasiya və optimallaşdırma layihələrinə rəhbərlik edilməsi.
Tələblər
- Təhsil: Ali təhsil – Aqrar sahədə və ya idarəetmə sahəsində;
- Təcrübə: Aqrar sahəsində ən azı 5 il, idarəetmə sahəsində ən azı 2 il təcrübə;
- Sertifikatlar: ISO 9001, ISO 45001, ISO 14001 arzuolunandır;
- Dil bilikləri: İngilis və Rus dili arzu olunandır;
- Pambıq istehsalı sahəsində təcrübəyə üstünlük verilməklə, dənli bitkilərin istehsalı üzrə iş təcrübəsi;
- Karantin xarakterli alaqların, xəstəlik və zərərvericilərin yayılmasının qarşısının alınması.