İşin təsviri
- Traktorun təhlükəsizliyini və texniki vəziyyətini daima nəzarətdə saxlamaq;
- Traktora qoşulan qoşquların, su və yanacaq çənlərinin, eləcə də lafetlərdəki yüklərin daşınması zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək;
- Zavod və ya istehsal sahəsi daxilində yüklərin təhlükəsiz daşınmasını təmin etmək;
- Traktorun əyləc sistemini, təhlükəsizlik cihazlarını və digər mexanizmlərini mütəmadi yoxlamaq;
- Aşkar olunan texniki nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
- İşə başlamazdan əvvəl texniki vəziyyəti və təhlükəsizlik sistemlərini yoxlamaq;
- Texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək;
- Zavod rəhbərliyinin göstərişlərini vaxtında və dəqiq yerinə yetirmək;
- Traktorda kənar şəxslərin olmasına yol verməmək;
- Yükləmə və daşınma zamanı traktorun yük götürmə normasına riayət etmək;
- İdarəetmə zamanı sürət həddinə və hərəkət təhlükəsizliyi tələblərinə ciddi əməl etmək;
- Xam pambığın emal məntəqələrinə daşınmasını təmin etmək;
- Ehtiyac yarandıqda regional bazalardan və digər məntəqələrdən yüklərin gətirilməsini və daşınmasını həyata keçirmək;
- Yanacaq və su çənlərini lazımi məntəqələrə təhlükəsiz şəkildə çatdırmaq.
Tələblər
- Traktor idarə etmək hüququ verən müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır;
- Traktor idarə etmək hüququ verən etibarnamə və ya yol vərəqəsi daima üzərində saxlanmalıdır;
- Müvafiq sahədə ən azı 1–3 illik iş təcrübəsi;
- Texniki biliklərə malik olmaq – traktorun quruluşu, nasazlıqların ilkin aşkarlanması və aradan qaldırılması qaydalarını bilmək;
- Texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına dair anlayışa sahib olmaq və əməl etmək;
- Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq;
- Fiziki cəhətdən sağlam və açıq hava şəraitində işləməyə uyğun olmaq;
- İş rejiminə və rəhbərliyin göstərişlərinə operativ şəkildə reaksiya vermək bacarığı;
- Komanda ilə işləmə və əmək intizamına riayət etmə bacarığı;
- Lazım gəldikdə ezamiyyətlərə və əlavə iş saatlarına uyğunlaşmaq imkanına malik olmaq.