İşin təsviri
- Qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət etmək;
- Elektrik mühərriklərində və texnoloji avadanlığın elektrik sxemində nasazlıqların və zədələnmələri aşkar etmək və aradan qaldırmaq;
- Elektrik avadanlıqlarının təmiri, onlara baxış və texniki xidmətində iştirak etmək, elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərini sökmək, sazlamaq və xidməti üzrə işləri yerinə yetirmək;
- Zavod və ya məntəqənin enerji təchizatının fasiləsiz təmin etmək üçün olaraq bütün enerji təsərrüfatını yoxlamaq və gündəlik olaraq Baş energetikə məruzə etmək;
- Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında Baş energetikə məlumat vermək;
- Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət etmək;
- Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət etmək, qısaqapanmanın yaranmaması üçün lazımi addımları atmaq;
- Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasını təmin etmək;
- Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfini təhlil etmək, qəzalar və onların səbəblərini haqqında Baş energetikə məlumat vermək;
- Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini icra etmək;
- Profilaktik təmirlərin, texniki yoxlamanı yerinə yetirilməsini icra etmək;
- Rəhbərliyin təyin etdiyi digər işləri icra etmək.
Tələblər
- Təcrübə : Elektrik olaraq minimum 1-3 il iş təcrübəsi.
- Texniki Bilikləri:
- Elektrotexnikanın əsaslarını;
- Elektrik mühərriklərinin, sabit və dəyişən cərəyanlı generatorların, paylayıcı qurğu aparatlarının, elektrik cihazlarının iş prinsipini;
- Elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatını;
- Aşağı və yüksək gərginlikli xətlərin calanması və lehimlənməsi üsullarını;
- Elektrik cərəyanından zədələnmədən ilk yardımın göstərilməsi qaydasını;
- Xidmət olunan sahədə elektrik avadanlıqlarının yerləşməsi və qidalandırılması sxemini;
- Rele mühafizəsi və onun müxtəlifliyi haqda ümumi məlumatları;
- Transformator, elektrik mühərriki, kabel və xətlərin yüklənməsinin müəyyənləşdirilməsini;
- Daxili əmək rejimi qaydalarını, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydalarını bilməlidir.