Tərəzi operatoru (Şirvan şəhəri)

Apply for this job

İşin təsviri

Təsvir

  • Müxtəlif tipli və konstruksiyalı tərəzilərdə yüklərin çəkilməsinin təmin edilməsi;
  • Yüklərin xarici görünüşünə baxış keçirilməsi və qablaşdırılma qaydalarına uyğunluğuna nəzarət;
  • Yükün çəkisinin, adının və digər xüsusiyyətlərinin müşayiətedici sənədlərlə uyğunluğunun yoxlanılması;
  • Çatışmazlıq və ya zədələnmə hallarında aktların tərtib olunması və müşayiətedici sənədlərin düzgün rəsmiləşdirilməsi;
  • Çəkilmiş yüklərin dəqiq uçotunun aparılması və qeydiyyatının təmin edilməsi;
  • İstifadə edilən tərəzilərin dəqiqliyinin yoxlanılması və onlara texniki qulluq göstərilməsi;
  • Yüklərin tərəziyə düzgün yerləşdirilməsinə rəhbərlik edilməsi və nəqliyyat vasitələrinin optimal yüklənməsinə nəzarət olunması.

Tələblər

  • Ali və ya orta texniki təhsil;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
  • Çəkilən yüklərin nomenklaturası, çeşidləri və növləri, eləcə də istifadə edilən tərəzilərin quruluşu, daşıma həcmi və tənzimlənmə prinsipləri haqqında biliklər;
  • Çəki ölçüləri, yerləşdirilmə, yığılma və yük mühafizəsi qaydaları, nəqliyyat vasitələrinin növləri və yükqaldırma qabiliyyəti barədə məlumatlı olmaq;
  • Çəkilmiş yüklərin hesablanma və sənədləşdirilmə prinsiplərini bilmək;
  • Daxili əmək intizam qaydaları, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına bələdlik.