İşin təsviri
- Fəaliyyəti həyata keçirmək üçün fermerdən və ya rəhbərlikdən müvafiq informasiyanı əldə etmək və təşkilati prosedurlara müvafiq olaraq daxil ediləcək məlumatları emal etmək;
- Verilənləri daxil etməmişdən öncə onları toplamaq, çeşidləmək və düzgünlüyünü təsdiqləmək;
- Əməliyyat sənədlərini və müştəri anketlərinə dair məlumatları sistemə köçürmək, daxil etmək və təsdiqləmək;
- Daxil edilmiş verilənlərin tamlığını və düzgünlüyünü yoxlamaq, daxil edilmiş verilənləri mənbə sənədi ilə müqayisə etmək və səhvləri düzəltmək;
- Məlumatların düzgünlüyünü təmin etdikdən sonra onları kompüterin yaddaşında saxlamaq və arxiv şöbəsinə göndərmək üçün hazırlamaq;
- Müəyyən olunmuş təhlükəsizlik prosedurlarına əsasən məlumatlar bazasını yeniləmək, sistemə köçürmək, daxil etmək və təsdiqləmək;
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.
Tələblər
- Təhsil: Ali
- Təcrübə: 1 il
- Dil Bilikləri: Azərbaycan, İngilis dili –arzu olunan, Rus dili-arzu olunan
- Kompyuter bilikləri: Windows Əməliyyat sistemi\MS Office proqramları bilikləri
- Yüksək səviyyədə şifahi, yazılı ünsiyyət bacarıqları
- Gərgin iş qrafikində işləmək və vaxtında tapşırıqları yerinə yetirmək bacarığı
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı
- İstifadəsində olan ofis avadanlıqlarının təyinatını, texniki tələblərini, xüsusiyyətlərini, istifadə qaydalarını bilməli
- Müasir məlumat emalı təcrübəsi və prosedurları haqqında biliklər
- İş funksiyalarına uyğun olaraq tətbiqi proqramların istifadəsini bilmək
- Daxili əmək intizam qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmə