İşin təsviri
- Xidmətə başlamadan öncə əvvəlki növbədəki əməkdaşdan obyektə aid açarları, qıfılları, möhürləri, sənədləri və digər texniki avadanlıqları təhvil almalı, baş vermiş hadisələr barədə məlumat almalıdır;
- Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa — sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya möhürün və s. olmaması haqqında özünün birbaşa tabe olduğu rəhbərə xəbər verməli və cəmiyyətdən aidiyyəti rəhbər personal gələnə qədər ərazinin qorunmasını təmin etməlidir;
- Daxili iş qaydalarına uyğun olaraq müəssisə, idarə, təşkilatın girişində xidmətdə olduğu zaman işçilərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə və təşkilatın ərazisinə lazımi sənədlər təqdim etdikdən sonra buraxılmasına və çıxışına nəzarət etmək;
- Obyektə gətirilən və ya çıxarılan qiymətli materialların qeydiyyatını aparmalı;
- Obyekt əmlakının qorunmasını təşkil etməli, obyektə kənar şəxslərin daxil olmasının qarşısı alınmalıdır;
- Hüquq pozuntusunun qarşısının alınması və mühafizə olunan obyektin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülmüş tədbirlər barədə birbaşa tabe olduğu rəhbəri yazılı surətdə məlumatlandırmaq;
- Rəhbərliyin təyin etdiyi digər işləri icra etmək;
- Cəmiyyətdə qəbul olunmuş qayda və prosedurlara riayət etmək;
Tələblər
- MS Office (Word, Excel, Outlook)
- Neqativ hallar zamanı rəsmi sənədləşmə qaydalarını bilmək
- Təhlükəsizlik qaydaları və prosedurlarını bilmək
- Word və Excel bilikləri arzuolunandır.