İşin təsviri
- Cəmiyyət üzrə Keyfiyyət Təminatı və Keyfiyyətə Nəzarət sisteminin, habelə inteqrə olunmuş idarəetmə sisteminin effektiv fəaliyyətini təmin etmək.
- Keyfiyyət siyasəti, prosedurları, təlimatları və digər sənədləşdirilmiş məlumatların hazırlanmasını, yenilənməsini və tətbiqini təşkil etmək.
- Baş ofis, filiallar, istehsalat sahələri və laboratoriyalarda keyfiyyət tələblərinə riayət olunmasına nəzarət etmək.
- Xammal, istehsal prosesi və hazır məhsullar üzrə keyfiyyətə nəzarət proseslərini təşkil etmək və uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək.
- Daxili və xarici auditlərin, sertifikatlaşdırma proseslərinin və rəhbərliyin təhlili fəaliyyətlərinin koordinasiyasını həyata keçirmək.
- ISO 9001, ISO 14001, ISO 45001, ISO/IEC 17025, ISO/IEC 17020 və digər tətbiq olunan standartların tələblərinin icrasını təmin etmək.
- Keyfiyyət göstəricilərini (KPI) izləmək, təhlil etmək, hesabatlar hazırlamaq və davamlı təkmilləşdirmə tədbirlərini həyata keçirmək.
- Müştəri şikayətləri, uyğunsuzluqlar, düzəldici və qabaqlayıcı tədbirlərin (CAPA) idarə olunmasını təmin etmək.
- Təchizatçıların keyfiyyət baxımından qiymətləndirilməsində iştirak etmək və satınalma proseslərində keyfiyyət tələblərinin tətbiqini təmin etmək.
- Şöbə əməkdaşlarının fəaliyyətini planlaşdırmaq, koordinasiya etmək, qiymətləndirmək, onların peşəkar inkişafını və şöbənin fəaliyyət planı, büdcə və təlim planlarının icrasını təmin etmək.
- Keyfiyyət sahəsində yeni standartların, metodların və təkmilləşdirmə təşəbbüslərinin tətbiqi ilə bağlı rəhbərliyə təkliflər vermək.
- Cəmiyyətdə qəbul olunmuş daxili qaydalara, prosedurlara və normativ sənədlərin tələblərinə riayət etmək.
Tələblər
- Müvafiq sahə üzrə bakalavr təhsili (magistr təhsili üstünlükdür);
- Keyfiyyət təminatı, keyfiyyətə nəzarət və ya inteqrə olunmuş idarəetmə sistemləri sahəsində minimum 7 il, o cümlədən rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
- ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018, ISO/IEC 17025 və ISO/IEC 17020 standartları üzrə məlumatlılıq, Daxili Auditor sertifikatının olması üstünlükdür;
- GOTS, OCS, OEKO-TEX, Better Cotton, SEDEX və Higg Index standartları üzrə bilik arzuolunandır;
- Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək, rus dili biliyi üstünlükdür;
- Keyfiyyət İdarəetmə Sistemləri (QMS), İnteqrə olunmuş İdarəetmə Sistemləri (IMS), ISO standartları, auditlərin idarə olunması, proseslərin modelləşdirilməsi (BPMN), risk əsaslı yanaşma,
- Liderlik, strateji və analitik düşüncə, qərarvermə, koordinasiya, komanda idarəetməsi, problem həll etmə, effektiv ünsiyyət və təqdimat bacarıqları.