Kredit rəsmiləşdirilməsi üzrə Mütəxəssis (Şəmkir)

İşin təsviri

Təsvir

  • Kredit sənədlərinin (kredit müqavilələri, girov sənədləri, ödəniş qrafikləri və s.) daxili prosedur və normativ tələblərə uyğun olaraq inzibati qaydada rəsmiləşdirilməsi, sistemə daxil edilməsi və strukturlaşdırılmış qaydada arxivləşdirilməsi;
  • Kredit prosesinin bütün mərhələləri üzrə (müraciətin qəbulu, sənədlərin yoxlanılması, təsdiq, rəsmiləşdirmə və icra) əməliyyat intizamına riayət olunmasına nəzarət və mərhələlərin vaxtında icrasının təmin edilməsi;
  • Məhkəmə və hüquqi proseslərlə bağlı tələb olunan sənədlərin elektron sistem vasitəsilə hazırlanması və aidiyyəti üzrə göndərilməsi;
  • Mikro kredit müştərilərinə xidmət göstərilməsi, kredit sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi prosesində müştərilərə məsləhət və əməliyyat dəstəyi göstərilməsi;
  • İKZF, AİF və digər məhsullar üzrə təqdim olunan kreditlərin PT da manual rəsmiləşdirilməsi;
  • Müştərilərin cari hesablarına daxil olan vəsaitlərin kredit borclarının silinməsinə yönləndirilməsi prosesinin icrası;
  • Kredit təminatı qismində çıxış edən girovun azad edilməsi prosesinin icrası;
  • Verilmiş qərarların içrasını bank proqramında proqlamlaşdırmaq;
  • Qərarda qeyd edilən müddət, faiz, məbləğ və s. məlumatları Mikro kreditlərin müvafiq prosedurlarına uyğun işlənib hazırlanması;
  • Mikro kreditlərin verilmə şərtlərinə əməl etməli və məlumatların düzgün proqlamlaşdırılması üçün məsuliyyət daşıyır.

Tələblər

  • Ali təhsili;
  • MS Office proqramlarını (Word, Excel, Outlook) əla səviyyədə bilmək;
  • Azərbaycan dili üzrə bilik yüksək səviyyədə, İngilis/Rus dilləri üzrə biliklər arzuolunandır;
  • Diqqətlilik, məsuliyyətlilik və operativlik;
  • Verilmiş materiallar əsasında təhlil etmək və düzgün yerinə yetirmək bacarığı;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Ünsiyyət qurma bacarığı və müştəri yönümlülük;
  • Təhlil etmək bacarığı;
  • İşdə dəqiqlik, məsuliyyətlilik və detallara fikir vermək.