İşin təsviri
- Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması;
- Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi;
- Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətlərinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması;
- İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;
- Məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə keyfiyyətin idarəedilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılmasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi üzrə tədbirlərin işlənib hazırlanması;
- Keyfiyyətsiz məhsulların, onların səbəblərinin və məsul şəxslərin uçotunun aparılması;
- Qüsurlu iş və ya materialların düzəldilməsinin və ya dəyişdirilməsinin tələb edilməsi;
- Ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması;
- Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların hazırlanaraq təqdim edilməsi.
Tələblər
📚 Normativ və metodoloji biliklər:
- Məhsulun keyfiyyətinin idarə edilməsinə dair metodik və normativ sənədləri;
- Keyfiyyətin yüksəldilməsinin planlaşdırılması metodlarını və müəssisənin istehsal texnologiyasını;
- Keyfiyyət sahəsində verilmiş xidməti tapşırıqlar, sərəncamlar və rəhbər göstərişlər üzrə fəaliyyət prinsiplərini;
- İqtisadiyyat, əmək və istehsalatın təşkili üzrə baza biliklərini;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını.
🏭 İstehsalat və texnoloji proseslə bağlı biliklər:
- Filiallarda buraxılan məhsulun texnoloji rejimini və tətbiq olunan proses ardıcıllığını;
- Xam pambığın qəbulu və emalı ilə bağlı dövlət standartları və normativ sənədləri.
⚙️ Texniki və praktiki bacarıqlar:
- İstifadə etdiyi cihaz və avadanlıqların texniki qulluğunu yerinə yetirmək bacarığı;
- Cihaz və avadanlıqların montajı, yenidən qurulması və sazlanması üzrə praktik vərdişlər;
- Ölçmə, sınaq və keyfiyyətə nəzarət proseslərində avadanlıqlardan düzgün istifadə etmək və nasazlıqları müəyyən edə bilmək bacarığı.