İşin təsviri
- Nasos stansiyaları aparatlarına işə salınmazdan əvvəl texniki baxışın keçirilməsi;
- Nasosların təzyiq ölçən aparatlarının saz vəziyyətdə olmasını yoxlamaq;
- Suvarma dövründə nasosların stabil işini təmin etmək;
- Suvarma qurğuları üzrə operatorlarla koordinasiyalı işləmək;
- Nasos stansiyaları və suvarma qurğuları üzrə mexanikin verdiyi tapşırıqları icra etmək;
- Fərdi mühafizə vasitələrindən (FMV) istifadə etmək — Maska, əlcək, qoruyucu eynək, qulaqcıq, çəkmə və geyim;
- İş yerində təhlükəsizlik qaydalarına əməl etmək və təlimatları izləmək;
- Ətraf mühitə zərər verə biləcək fəaliyyətdən çəkinmək və tullantıları düzgün çeşidləmək;
- Kimyəvi maddələrlə işləyərkən xüsusi tədbirlərə əməl etmək;
- Təhlükəli vəziyyətləri dərhal rəhbərliyə bildirmək;
- İş mühitini təmiz və nizamlı saxlamaq;
- Yanğın təhlükəsizliyi qaydalarına əməl etmək;
- İşə başlamazdan əvvəl avadanlığın texniki vəziyyətini yoxlamaq;
- SƏTƏM üzrə keçirilən təlimlərdə iştirak etmək və bilikləri tətbiq etmək.
Tələblər
- Elektrik və mexaniki qurğulardan istifadə bacarığı
- Elektrik cihazlarının təhlükəsiz istismar qaydalarını bilmək
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilmək