Traktorçu (Beyləqan filialı)

İşin təsviri

Təsvir

  • Traktor idarə etmə hüququ verən vəsiqəni, traktor idarə etmək hüququ verən etibarnaməni və ya yol vərəqəsini iş zamanı üzərində saxlamalıdır;
  • Traktorun əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlamalıdır;
  • Traktorda aşkar olunmuş texniki nasazlıqların aradan qaldırılmasında iştirak etməlidir;
  • İşdən əvvəl traktorun bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlamalıdır;
  • İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etməlidir;
  • Texnoloji rejim normalarına, texnoloji reqlament və təlimatlara ciddi riayət etməlidir;
  • Zavod rəhbərliyinin göstərişlərini operativ şəkildə yerinə yetirməlidir;
  • Traktorda kənar şəxslərin olmasına yol verməməlidir;
  • Traktora yükləmə işi aparılarkən təhlükəsizlik qaydalarına riayət etməli, traktorun mövcud yükqaldırma qabiliyyətindən artıq yüklənməsinə yol verməməlidir;
  • Traktoru idarə edən zaman sürət həddinə ciddi riayət etməlidir;
  • Traktorla aqrotexniki işlər apararkən tələb olunan bütün qayda və normativlərə ciddi riayət etməlidir;
  • Traktora, onun qoşqusuna və ya lafetinə adam mindirmək, həmçinin lafetdən insanların daşınması üçün istifadə etmək qəti qadağandır;
  • Dərman səpən qurğularda dərman hazırlanması yalnız ərazi nümayəndəsinin iştirakı ilə həyata keçirilməli, münasib FMV-dən (Fərdi Mühafizə Vasitələri) istifadə edilməlidir. HSE/02/054 “Traktorçu üçün əməyin mühafizəsi təlimatı”nda bildirilən təhlükəsizlik qaydalarına riayət edilməlidir;
  • Tələb olunduqda kombayn və digər xüsusi texnikaların (bunun üçün müvafiq hüquq və səlahiyyəti olduğu təqdirdə) idarə edilməsini həyata keçirməlidir;
  • Kombayn və ya xüsusi texnika ilə aqrotexniki və digər (texnikanın spesifikasiyasına uyğun) işləri yerinə yetirməlidir.

Tələblər

  • Təhsil: Orta və texniki peşə məktəbi
  • Təcrübə: 1 il
  • Dil Bilikləri Azərbaycan dili.

Texniki biliklər:

  • Traktor/(özü yeriyən vasitə) idarə etmə hüququ verən vəsiqə;
  • Analoji sahədə ən az 1 il iş təcrübəsi;
  • Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisə daxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.