İşin təsviri
- İşə başlamazdan əvvəl müvafiq təlimatlarla tanış olmaq və təmir prosesinə hazırlaşmaq.
- Kənd təsərrüfatı texnikalarında yoxlama aparmaq, nasazlıqları aşkar edib aradan qaldırmaq.
- Texnikalara müəyyən edilmiş intervallarda mütəmadi texniki baxış keçirmək və təhlükəsiz istismarı təmin etmək.
- Gündəlik istifadə olunan nəqliyyat vasitələrini yoxlamaq və lazım olan təmir işlərini yerinə yetirmək.
- Təmir işlərini planlı şəkildə təşkil etmək və istifadə olunacaq alət-avadanlıqların saz vəziyyətini yoxlamaq.
- Qüsurlu, köhnəlmiş və ya təhlükəli hissələri vaxtında dəyişdirmək, təmir etmək və ya bərkitmək.
- Mexaniki hissələrin sökülməsi, yoxlanılması və texniki vəziyyətinin qiymətləndirilməsini həyata keçirmək.
- Lazım olduqda yoxlama cihazlarından istifadə edərək texnikanın texniki vəziyyətini müəyyənləşdirmək.
- Texnikaların düzgün işləməsi üçün təmizləmə, yağlama və bərkitmə işlərini aparmaq.
- İş sahəsini təmiz və təhlükəsiz saxlamaq, tullantıları müəssisə qaydalarına uyğun şəkildə uzaqlaşdırmaq.
- Qurğu, alət və avadanlıqları düzgün saxlamaq və yerləşdirmək.
- Müəssisədaxili prosedur, təlimat və qaydalara riayət etmək, rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək.
- Fərdi mühafizə vasitələrindən — maska, əlcək, qoruyucu eynək, qulaqcıq, çəkmə və xüsusi geyimdən istifadə etmək.
- İş yerində təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək, təhlükəli halları dərhal rəhbərliyə bildirmək.
- Kimyəvi maddələrlə işləyərkən xüsusi təhlükəsizlik tədbirlərinə riayət etmək, ətraf mühiti qorumaq və SƏTƏM təlimlərində iştirak edib bilikləri tətbiq etmək.
Tələblər
- Təhsil: Orta təhsil.
- Təcrübə: Minimum 1 il iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan dili.
- Nəqliyyat vasitələrinin detal və hissələrinin bərpa üsullarını bilməli.
- Avadanlıqların işləyən hissələri və detalları üçün yol verilən yükləri bilməli.
- Nasazlıq, sınma və qəzaların qarşısının alınması üçün profilaktik tədbirləri tətbiq etməyi bacarmalı.
- Kənd təsərrüfatı texnikalarının texniki xüsusiyyətlərini, istismar və təmir qaydalarını bilməli.
- İstehsalat avadanlıqları ilə işləmək təcrübəsinə malik olmalı.
- Məsuliyyətli, işgüzar, dürüst və çevik olmalı.
- Komandada işləmək, komanda üzvləri ilə effektiv ünsiyyət qurmaq və gərgin iş rejimində çalışmaq bacarığına malik olmalı.