İşin təsviri
- İşə başlamazdan əvvəl müvafiq təlimatlarla tanış olmaq, qaynaq aparatlarının, aqreqatların sazlığını və qaynaq məftillərinin izolyasiyasını yoxlamaq.
- Elektrik və qaz qaynaq aparatlarını işə hazır vəziyyətə gətirmək və təhlükəsiz istifadəsini təmin etmək.
- Kənd təsərrüfatı texnikalarının, qoşquların, avadanlıqların və müxtəlif metal konstruksiyaların qaynaq işlərini yerinə yetirmək.
- Günlük iş planına və qaynaq prosedurlarına uyğun olaraq qaynaq işlərini həyata keçirmək və görülən işin keyfiyyətinə nəzarət etmək.
- Tələbdən asılı olaraq müxtəlif qaynaq üsullarından istifadə etməyi bacarmaq və ehtiyac olduqda növbəli iş rejimində çalışmaq.
- Qaynaq işlərinin ardıcıllığını planlaşdırmaq, istifadə olunacaq materialların ölçü, növ və sayını müəyyənləşdirərək uyğunluğunu yoxlamaq.
- İş üçün lazım olan alət və avadanlıqların nasazlıqlarını və istismar qüsurlarını müəyyən etmək.
- İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək və qabaqlayıcı tədbirlər görmək.
- İş yerində yanğın təhlükəsi yarada biləcək əşya və materialları uzaqlaşdırmaq, təhlükəsiz iş şəraiti yaratmaq.
- İşləri plana uyğun şəkildə digər əməkdaşlarla koordinasiyalı şəkildə həyata keçirmək.
- Avadanlıqları kənar təsirlərdən qorumaq üçün təhlükəsiz şəraitdə saxlamaq və düzgün yerləşdirmək.
- İş sahəsini tullantılardan təmizləmək, iş mühitinin təmiz və təhlükəsiz saxlanmasını təmin etmək.
- İş vaxtının sonunda elektrik cərəyanına qoşulan bütün avadanlıqları söndürmək və iş yerini qaydaya salmaq.
- Görülən işlər barədə rəhbərliyə hesabat vermək, daxili prosedur, təlimat və qaydalara riayət etmək.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.
Tələblər
- Təhsil: Orta təhsil.
- Təcrübə: Minimum 1 il iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan dili.
- Elektrik və qaz qaynaq aparatlarının quruluşunu və iş prinsipini bilməli.
- Qaynaq standartlarına uyğun keyfiyyətli qaynaq işləri aparmağı bacarmalı.
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etməli.
- Qaynaq birləşmələri, tikiş növləri və qaynağa hazırlıq qaydalarını bilməli.
- Elektrod və metalların növü, tərkibi və istifadəsini bilməli.
- Qaynaq zamanı sürət, gərginlik və amper göstəricilərini tənzimləməyi və nasazlıqları müəyyən etməyi bacarmalı.
- Müxtəlif qaynaq üsulları ilə işləmək və ehtiyac olduqda növbəli iş rejimində çalışmaq imkanı olmalı.
- Komandada işləmək və əməkdaşlarla düzgün ünsiyyət qurmaq bacarığına malik olmalı.