Kənd təsərrüfatı texnikası və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını, etibarlı işləməsini və saz vəziyyətdə saxlanılmasını təmin edir;
Kənd təsərrüfatı texnikası və nəqliyyat vasitələrinin gündəlik işə hazırlanmasını, onların ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirir; nasazlıqların vaxtında aşkar edilməsi və aradan qaldırılmasını təmin edir;
Yedək hissələrin düzgün və qənaətcil istifadəsinə nəzarət edir;
Təmir işlərinin vaxtında və keyfiyyətli yerinə yetirilməsinə, avadanlığın modernləşdirilməsinə texniki nəzarət həyata keçirir;
Köhnəlmiş avadanlıqları və ehtiyat hissələrini müəyyən edir, onların təmir və yenilənmə işlərini planlaşdırır;
Təmir prosesində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin edir;
Materialların və ehtiyat hissələrinin düzgün ölçü, növ və sayda müəyyənləşdirilməsini, təmin edilməsini və işin xüsusiyyətlərinə uyğunluğunun yoxlanılmasını həyata keçirir;
İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirir, qabaqlayıcı və nəzarət tədbirləri görür;
İş ərazisini işin tələblərinə və müvafiq qaydalara uyğun hazırlayır;
Təmir təlimat kitabçalarına istinad etməklə ehtiyac duyulan texniki məlumatları əldə edir və tətbiqini təmin edir;
Hissələrin sökülməsi və yararlılığının qiymətləndirilməsi məqsədilə texniki xidmət və təmir tələblərini müvafiq qulluq sənədlərinə uyğun müəyyənləşdirir;
Təmir işlərinin protokollaşdırılmasını düzgün şəkildə həyata keçirir, gələcək texniki qulluq üçün zəruri məlumatları müvafiq işçi heyətinə təqdim edir;
İşdən əvvəl tabeçiliyində olan işçiləri təlimatlandırır və təmir prosesinə hazırlayır;
Təmir işlərinin ardıcıllığını planlaşdırır;
Təmir üçün tələb olunan alət və avadanlıqların nasazlıq və istismar qüsurlarını yoxlayır;
İstifadə olunan materiallar və tətbiq olunan metodlar da daxil olmaqla texniki proseslərin qeydiyyatını aparır;
Görülmüş xidmətlə bağlı hesabatı rəhbərliyə təqdim edir;
Tələblər
Təhsil:
Ali təhsil (müvafiq texniki və ya mühəndislik sahələri üzrə);
Təcrübə:
Müvafiq və ya oxşar sahədə minimum 2 illik iş təcrübəsi;
Peşəkar bilik və bacarıqlar:
Kənd təsərrüfatı texnikası və digər nəqliyyat vasitələrinin texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, iş rejimləri, istismar qaydaları və təmir metodları barədə mükəmməl biliklərə malik olmalı;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə qayda və normaları bilməli və əməl etməlidir;
Təmir və texniki xidmət üzrə normativ sənədlərlə işləmək bacarığına malik olmalı;
Əlavə tələblər:
Etibarlı sürücülük vəsiqəsinə malik olmalı;
Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
Analitik düşüncə, liderlik, məntiqi yanaşma, komanda ilə işləmə və qərarvermə bacarıqlarına sahib olmalı.