İşin təsviri
- Xam pambıq nümunələrinin laborator analizini həyata keçirir, nəmlik və zibillilik göstəricilərinin düzgün müəyyən olunmasına nəzarət edir;
- Hazır məhsulların (mahlıc, tiftik və çiyid) keyfiyyət göstəricilərinin analizini həyata keçirir və nəticələri sənədləşdirir;
- Laboratoriya avadanlıqlarının, cihaz və qurğuların təmiz və işlək vəziyyətdə saxlanılmasına nəzarət edir, onların gündəlik istifadəyə hazırlanmasını təmin edir;
- Təlimat və metodik göstərişlərə uyğun olaraq cihaz və aparatların yoxlanılması, tənzimlənməsi və kalibrlənməsi işlərini həyata keçirir, eksperimentlərdə aktiv iştirak edir;
- Xammal və məhsul analizlərinin nəticələrini emal edir, sistemləşdirir, rəsmiləşdirir və uyğun qaydada qeydiyyatını aparır;
- Laboratoriya əməkdaşlarının işini koordinasiya edir, onlara metodik rəhbərlik edir və icra prosesinə nəzarət edir;
- Müxtəlif tədqiqat və təcrübə işləri zamanı lazım olan bütün laborator analizləri yerinə yetirir, nəticələrin düzgünlüyünü təmin edir.
Tələblər
- Rəhbər sənədlər, normativ-texniki qaydalar və sorğu materialları ilə işləmək bacarığına malik olmalı;
- Müxtəlif analiz və laborator tədqiqat metodlarını dərindən bilməli və tətbiq etmə bacarığına sahib olmalı;
- Texniki və metodik sənədlərin hazırlanma və işlənmə prinsiplərini bilməli;
- Qüvvədə olan standartları, sənədlərin tərtibat və rəsmiləşdirilmə qaydalarını mükəmməl şəkildə bilməli;
- Laboratoriya avadanlıqlarının və nəzarət-ölçü cihazlarının texniki xüsusiyyətlərini, istismar, sazlama və təhlükəsizlik qaydalarını yaxşı bilməli.