Niva Qaraj Mexaniki-Padarçöl

İşin təsviri

  • Nəqliyyat vasitələrinin gündəlik texniki baxışını, təmirini və texniki xidmətini həyata keçirmək;
  • Nəqliyyat vasitələrində yaranan mexaniki və texniki nasazlıqları müəyyən etmək, səbəblərini araşdırmaq və aradan qaldırmaq;
  • Mühərrik, transmissiya, reduktor, val, podşipnik, mufta və digər mexaniki hissələrin texniki vəziyyətini yoxlamaq;
  • Ehtiyat hissələrinə olan tələbatı müəyyən etmək və tələb olunan hissələrin seçilməsi prosesində iştirak etmək;
  • Ehtiyat hissələrinin düzgün quraşdırılmasını, sazlanmasını və istifadəsini təmin etmək;
  • Planlı və preventiv texniki xidmət işlərini müəyyən edilmiş qrafikə uyğun həyata keçirmək;
  • Diaqnostika cihazlarından istifadə etməklə nəqliyyat vasitələrində yaranan nasazlıqları müəyyən etmək;
  • Nəqliyyat vasitələrinin istismar vəziyyətini mütəmadi olaraq yoxlamaq və texniki problemlər barədə məsul şəxsləri məlumatlandırmaq;
  • Görülmüş təmir və texniki xidmət işləri, istifadə olunan ehtiyat hissələri barədə müvafiq qeydləri aparmaq;
  • Nəqliyyat vasitələrinin texniki xidmət tarixlərini və növbəti xidmət ehtiyaclarını izləmək;
  • İşlək və qeyri-işlək nəqliyyat vasitələrinin vəziyyətinin monitorinqində iştirak etmək;
  • Avadanlıq və alətlərin saz, təmiz və istifadəyə hazır vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Nəqliyyat vasitələrinin düzgün və təhlükəsiz istismarı ilə bağlı operatorlara texniki dəstək göstərmək;
  • Şirkət tərəfindən təşkil olunan texniki və təhlükəsizlik təlimlərində iştirak etmək;
  • Şirkətin daxili prosedur və nizam-intizam qaydalarına riayət etmək.

Tələblər

  • Nəqliyyat vasitələrinin istismarı və ya əlaqəli sahə üzrə kollec və ya ali təhsil;
  • Mexanik vəzifəsində minimum 3 il iş təcrübəsi;
  • Nəqliyyat vasitələrinin mexaniki sistemləri üzrə praktiki biliklər;
  • Elektrik, hidravlika və dizel/benzin yanacaq sistemləri üzrə ümumi biliklər;
  • Diaqnostika avadanlıqlarından istifadə bacarığı;
  • Sürücülük vəsiqəsi;
  • Kompüter üzrə təməl biliklər;
  • Azərbaycan dili biliyi, digər dilləri bilmək üstünlükdür.