İşin təsviri
- Mexanizatorlar supervayzerinin təqdim etdiyi gündəlik və həftəlik plana uyğun olaraq kənd təsərrüfatı texnikalarının istifadəsini həyata keçirmək və müvafiq qeydlər aparmaq;
- Texnikanı istehsalçının tələblərinə uyğun şəkildə işə hazırlamaq, lazımi parametrləri və kalibrləmələri tənzimləmək;
- Sahə Rəhbəri və Aqronomun göstərişlərinə uyğun olaraq iş dərinliyi, sürət və əməliyyat enini tənzimləmək;
- İş şəraiti və görüləcək işlərin nəticələri barədə müvafiq rəhbərə məlumat vermək;
- Texnikada yaranan texniki nasazlıqları vaxtında müəyyən etmək və aidiyyəti şəxslərə məlumat vermək;
- Texnikanın diqqətsiz və düzgün olmayan istifadəsi nəticəsində yarana biləcək risklərin qarşısını almaq;
- Növbə təhvil-təslimi zamanı alət və avadanlıqların tam və saz vəziyyətdə olmasını təmin etmək;
- Növbə zamanı görülmüş işlər və texnikanın vəziyyəti barədə müvafiq qeydlərin aparılmasını təmin etmək;
- İdarə etdiyi texnikanın servis müddətlərini və moto-saat göstəricilərini izləmək və vaxtında məlumat vermək;
- Mövsüm öncəsi texnika və avadanlıqların hazırlanması zamanı texniki şöbəyə dəstək göstərmək;
- İşçilər və ətraf mühit üçün təhlükəsiz iş şəraitinin təmin edilməsinə riayət etmək;
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və şirkətin daxili qaydalarına riayət etmək.
Tələblər
- Müasir kənd təsərrüfatı texnikalarının səmərəli istismarı üzrə bilik və bacarıqlar;
- Kənd təsərrüfatı, tikinti və ya ağır texnikaların idarə olunması üzrə minimum 2 il iş təcrübəsi;
- Mobil texnika və kənd təsərrüfatı traktorlarını idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi;
- Texnikanın əsas iş prinsipləri və istismar qaydaları üzrə biliklər;
- Yüksək ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Təhlükəsizlik qaydalarına ciddi riayət etmək.