İşin təsviri
- Taxıl və digər məhsulların silolara qəbulu, boşaldılması və təyinatına uyğun yerləşdirilməsini təmin etmək;
- Konveyer, elevator, qurutma və təmizləyici avadanlıqların idarəetmə pultu vasitəsilə işini tənzimləmək;
- Silolarda saxlanılan məhsulların temperatur və rütubət göstəricilərinə mütəmadi nəzarət etmək;
- Məhsulun temperatur və rütubət göstəricilərinə uyğun olaraq ventilyasiya sistemlərini vaxtında işə salmaq;
- Silo və texnoloji avadanlıqların texniki vəziyyətini mütəmadi yoxlamaq;
- Avadanlıqlarda yaranan kiçik nasazlıqları müəyyən etmək və mümkün olduqda aradan qaldırmaq;
- Məhsulların saxlanma prosesində müəyyən edilmiş texnoloji və təhlükəsizlik qaydalarına riayət etmək;
- Silolarda məhsulların miqdarını, daxilolma və çıxarılma proseslərini gündəlik uçota almaq;
- Görülmüş işlər və məhsul hərəkəti üzrə gündəlik hesabatların hazırlanmasını təmin etmək;
- İş zamanı əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.
Tələblər
- Müvafiq texniki ali təhsil;
- Oxşar istehsalat müəssisələrində, taxıl saxlanc anbarlarında və ya zavodlarda operator kimi iş təcrübəsi;
- Elevator, konveyer və idarəetmə pultlarının iş prinsipi üzrə biliklər;
- Texnoloji avadanlıqların istismarı və texniki təhlükəsizlik qaydaları üzrə biliklər;
- Kompüter üzrə ilkin biliklər;
- Ağır iş şəraitində, növbəli iş qrafikində və tozlu mühitdə işləmək bacarığı;
- Əmək və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
- Məsuliyyətlilik, diqqətlilik və operativlik.