SƏTƏM üzrə aparıcı mütəxəssis (Sabirabad Regional İFT ofisi)

İşin təsviri

  • Şirkətin fəaliyyət göstərdiyi regionlarda əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, ətraf mühit və yanğın təhlükəsizliyi sahəsində qanunvericiliyin, korporativ standartların və daxili prosedurların tətbiqini təmin etmək;
  • SƏTƏM üzrə daxili audit və yoxlamalar həyata keçirmək;
  • Aşkarlanmış uyğunsuzluqlar üzrə tədbirlər planı hazırlamaq və icrasına nəzarət etmək;
  • Podratçı təşkilatların SƏTƏM tələblərinə uyğun fəaliyyət göstərməsini təmin etmək;
  • Risk qiymətləndirmələrinin hazırlanmasını, yenilənməsini və tətbiqini təşkil etmək;
  • Təhlükəli işlərin icrası zamanı təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə nəzarət etmək;
  • Qəza, hadisə və “near miss” hallarının araşdırılmasında iştirak etmək;
  • Kök səbəb analizlərinin aparılmasını koordinasiya etmək və profilaktik tədbirlərin icrasına nəzarət etmək;
  • İşçilər üçün SƏTƏM üzrə təlimlərin və təlimatlandırmaların keçirilməsini təşkil etmək;
  • Təhlükəsizlik mədəniyyətinin inkişafına yönəlmiş tədbirlər həyata keçirmək;
  • Dövlət qurumları və auditlər üçün tələb olunan sənədlərin hazırlanmasını təmin etmək.

Tələblər

  • Ali təhsil (Mühəndislik, Texniki, Ekologiya, Əməyin mühafizəsi və ya digər uyğun ixtisaslar üzrə);
  • SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;
  • ISO 45001 və ISO 14001 standartları üzrə iş təcrübəsi, Əməyin mühafizəsi üzrə yerli peşəkar sertifikatlar;
  • MS Office proqramları üzrə yaxşı biliklər;
  • Komanda idarəetməsi və koordinasiya bacarıqları.