Təchizat üzrə kiçik mütəxəssis

İşin təsviri

Təsvir

· Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün rəqabətə davamlı qiymətləri əldə etməklə, müəssisənin xərclərini minimuma endirilməsini təmin etmək;

· Mövcud daxili prosedur və qaydalara uyğun fəaliyyət göstərmək

· Satınalmalar üzrə məlumat bazasını düzgün aparmaq (məs., malın çatdırma vaxtı, satınalma üzrə minimum həcm, standart xərclər, malın qalıq miqdarı, tədarükçülər haqqında məlumat, və s.);

· Təchizat şöbəsinin Menecerinə şöbələrin material və qeyri-material ehtiyatlarının istehlakı ilə bağlı nəzərdə tutulmayan xərcləri haqqında məlumat vermək və belə xərcləri minimuma endirmək üçün məhsulların təchizatı üçün alternativ mənbələr daxil olmaqla, müvafiq tədbirlərin görülməsini tövsiyə etmək;

· Müxtəlif şöbə rəhbərlərindən verilən məhsullara dair bütün texniki spesifikasiyaların koordinasiyasında köməklik göstərmək və tədarük siyahıları ilə onların sənədlərini aparmaq, tədarük spesifikasiyalarının tərtib edilməsinə kömək etmək;

· Tədarükçilərlə bağlı yaranan ödəniş gecikmələri/uyğunsuzluqları aradan qaldırmaq məqsədilə mühasibatlıqla əməkdaşlıq etmək;

· Tələb olunduqda, təchizatçının nümayəndələri ilə görüşlər keçirmək və hər hansı tələb edilən məmulata dair spesifikasiyalar və qiymət təkliflərini əldə etmək;

· Yazışmaları, danışıqları və təchizat prosesini müəssisə üçün ən sərfəli olan yollarla aparmaq;

· Təchizat üzrə meneceri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.;

· Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər tövsiyə etmək; xərclərin optimallaşdırılması ilə bağlı təkliflər vermək.

· Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək;

· Təkliflərin toplanması, müqayisə cədvəllərinin hazırlanması və təsdiq prosesində iştirak etmək

· Təchizatçıların performansı, çatdırılma keyfiyyəti və xidmət səviyyəsinin izlənilməsində iştirak etmək

· Təcili və əməliyyat yönümlü satınalma tələblərinin operativ və vaxtında həyata keçirilməsini təmin etmək;

· Satınalma sənədlərinin düzgün və audit tələblərinə uyğun saxlanılmasını təmin etmək

· ERP sistemində sifarişlərin, vendor məlumatlarının və satınalma əməliyyatlarının düzgün aparılması

Tələblər

Tələblər:

Təhsil:

Ali ;

Bilik və Bacarıqlar:

  • Təchizatçı Münasibətləri;
  • Maraqlı Tərəflərin İdarə Edilməsi;
  • Təchizat İdarəetmə sistemi;
  • Əlaqələrin inkişaf etdirilməsi;
  • Kateqoriya İdarəetmə;
  • Araşdırma bacarığı;
  • Texnoloji bacarıqlar;
  • Tenderlərin təşkili;
  • Stress altında işləmək bacarığı
  • Danışıqlar aparma bacarığı;
  • Təsir/inandırma bacarıqları;
  • Çətin fərdlərlə işləmək bacarığı;
  • Effektiv kommunikasiya bacarığı
  • Etibarlılıq;
  • Detallara diqqətlilik;
  • Məsuliyyətlilik
  • Vaxtın idarə olunması
  • Problem həll etmə bacarığı
  • Komanda ilə işləmək bacarığı
  • Hesabat hazırlama bacarığı

Kompüter bilikləri:

MC Office;

iScala

Dil bilikləri:

Azərbaycan dili – sərbəst;

Rus və ya ingilis dili –yaxşı səviyyədə;