İşin təsviri
- Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
- Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq;
- Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi və s.) müəyyən etmək;
- Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
- Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək;
- Toxum çeşidləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uyğun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
- Kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama və suvarma rejimləri üzrə proqramların hazırlanması;
- Bitkinin vegetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək;
- Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri haqqında təkliflər irəli sürmək, mübarizə tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
- Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək.
- Həyata keçirilən işlərin hesabatlılığının aparılması.
Tələblər
Təhsil: Ali və ya orta-ixtisas təhsili;
Təcrübə: Təcrübə tələb olunmur;
Dil bilikləri: Azərbaycan dili;
Kompüter bilikləri: MS Office proqramları biliklərinin olması üstünlükdür.
Texniki bilikləri:
- Aqrotexniki tədbirlərin görülməsi;
- İstehsal olunan məhsulun həcminin artırılması və keyfiyyətinin yüksəldilməsi;
- Xəstəliklər və zərərvericilərlə qarşı mübarizənin aparılması üçün ilkin bilik və təcrübəyə malik olmaq;
- Torpaq tiplərindən asılı olaraq xüsusi becərilmə texnologiyalarının tətbiqi sahəsində bilik və təcrübə;
- Pambıqçılıq barədə praktiki və nəzəri biliklərə malik olmalıdır;
- Torpaq sahələrinin əkin üçün seçilməsi, erroziyadan müdafiəsi, ekoloji mühitin qorunması, suvarma və irriqasiya şəbəkələrinin mühafizəsi barədə bütün təlimatları bilməlidir.