İşin təsviri
- Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasının müəyyən edilməsi, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlərin görülməsi;
- Aqro-texniki tədbirlərin həyata keçirilməsi, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaldılması;
- Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən edilməsi;
- Bitkinin bioloji yetişkənlik dövrünün müəyyən edilməsi, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirlərinin görülməsi;
- Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkil edilməsi, iş normalarının yerinə yetirilməsi;
- Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən edilməsi;
- Kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama və suvarma rejimləri üzrə proqramların hazırlanması;
- Bitkinin veqetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl edilməsi;
- Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri haqqında təkliflərin irəli sürülməsi, mübarizə tədbirlərinin həyata keçirilməsində iştirak edilməsi;
Tələblər
- Təhsil: Ali (aqronom ixtisası üzrə)
- Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- Sertifikatlar: Arzu olunandır.
- Dil bilikləri: Azərbaycan dili səlis, ingilis və rus dili arzu olunandır
- MS Office (Word, Excel);
- Müvafiq icra hakimiyyəti orqanlarının bitkiçilik sahələrinin inkişafı barədə qərar və sərəncamları;
- Normativ-hüquqi aktlarını bazar iqtisadiyyatı şəraitində məhsulların istehsalı və satışı ilə əlaqədar olan marketinq qaydaları;
- Təsərrüfatın təbii-iqtisadi şəraitinə uyğun ixtisaslaşma və təmərküzləşmə prinsipləri;
- Təsərrüfatın nizamnaməsini, aqrotexniki tədbirlər barədə bütün təlimatlar;