İşin təsviri

  • Traktor idarə etmə hüququ verən vəsiqəni, traktoru idarə etmək hüququ verən etibarnaməni və ya yol vərəqəsini iş zamanı üzərində saxlamalıdır;
  • Traktorun əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlamalıdır;
  • Traktorda aşkar olunmuş texniki nasazlıqların aradan qaldırılmasında iştirak etməlidir;
  • İşə başlamazdan əvvəl traktorun bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlamalıdır;
  • İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etməlidir;
  • Texnoloji rejim normalarına, texnoloji reqlamentə və təlimatlara ciddi riayət etməlidir;
  • Zavod rəhbərliyinin göstərişlərini operativ şəkildə yerinə yetirməlidir;
  • Traktorda kənar şəxslərin olmasına yol verməməlidir;
  • Traktora yükləmə işi aparılarkən təhlükəsizlik qaydalarına riayət etməli, traktorun mövcud yükqaldırma qabiliyyətindən artıq yüklənməsinə yol verməməlidir;
  • Traktoru idarə edərkən sürət həddinə ciddi riayət etməlidir;
  • Traktorla aqrotexniki işlər apararkən tələb olunan bütün qayda və normativlərə ciddi riayət etməlidir;
  • Traktora, onun qoşqusuna və ya lafetinə adam mindirmək, həmçinin lafetdən insanların daşınması üçün istifadə etmək qəti qadağandır;
  • Dərman səpən qurğularda dərman hazırlanması yalnız ərazi nümayəndəsinin iştirakı ilə həyata keçirilməli, bu zaman müvafiq FMV-dən (Fərdi Mühafizə Vasitələri) istifadə olunmalıdır. HSE/02/054 “Traktorçu üçün əməyin mühafizəsi təlimatı”nda göstərilən təhlükəsizlik qaydalarına riayət edilməlidir;
  • Tələb olunduqda kombayn və digər xüsusi texnikanı (bunun üçün müvafiq hüquq və səlahiyyəti olduğu təqdirdə) idarə etməlidir;
  • Kombayn/xüsusi texnika ilə aqrotexniki və digər işləri (texnikanın spesifikasiyasına uyğun olaraq) yerinə yetirməlidir.

Tələblər

  • Təhsil: Tam orta və ya texniki peşə məktəbi.
  • Təcrübə: Analoji sahədə minimum 1 il iş təcrübəsi.
  • Dil bilikləri: Azərbaycan dili.
  • Sənədlər: Traktor idarə etmə hüququ verən vəsiqə; iş zamanı tələb olunduqda etibarnamə və/yaxud yol vərəqəsi.
  • Peşəkar bilik və bacarıqlar: Traktorun mexanizmlərini və təhlükəsizlik cihazlarını işə başlamazdan əvvəl yoxlama, əyləc və digər sistemlərin sazlığını nəzarətdə saxlama, aşkar edilmiş nasazlıqların aradan qaldırılmasında iştirak, yükləmə/daşıma və aqrotexniki işləri normativlərə uyğun icra etmə.
  • Normativ və təhlükəsizlik tələbləri: Əmək Məcəlləsi, müəssisənin daxili normativ sənədləri, texnoloji reqlament və təlimatları, həmçinin texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməli və işində rəhbər tutmalıdır.