Korporativ hüquqşünas

Dünən
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Ali hüquq təhsil;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Korporativ hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan dili – sərbəst, İngilis və Rus dillərini orta səviyyədə bilmək;
  • Bank, BOKT maliyyə şirkətlərində iş təcrübəsi üstünlükdür

Əsas öhdəliklər:

  • Bütün müqavilə, onun əlavələri və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək və mütəmadi təkmilləşdirilməsində iştirak etmək;
  • Məhsullarının hüquqi ekspertizasını həyata keçirilməsi işində iştirak etmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmaların tərtib edilməsində iştirak etmək;
  • İddia ərizələrinin, vəsatətlərin, etirazların hazırlanmasında iştirak etmək;
  • Təşkilatdaxili qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
  • Bütün struktur bölmələrinə hüquqi dəstək vermək;
  • Daxili normativ sənədləri təkmilləşdirmək;
  • Məhkəmə və mediasiya proseslərində təşkilatı təmsil etmək;
  • Mediasiya prosesslərində təşkilatın nümayəndəsi qismində çıxış etmək;
  • Məhkəmə qərarlarını icra edilməsinə nəzarət və dəstək vermək, icra mərhələsində ərizə və vəsatətləri hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
  • Zərurət olduqda dövlət orqanları və hüquq mühafizə orqanları ilə əməkdaşlıqda təşkilatı təmsil etmək;
  • Şirkətdə qanunvericiliyin düzgün tətbiqi və hüquqi risklərin idarə olunması prosesində komandaya aktiv dəstək olmaq.

İş şərtlərimiz:

  • İş qrafiki: tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi
  • Mehriban kollektiv və karyera inkişafı imkanları

Müraciət: CV-lərinizi hr@prior.az electron poçt ünvanına mövzu hissəsində “Korporativ hüquqşunas” qeyd etməklə göndərməyiniz xahiş olunur.