Keyfiyyətə Nəzarət üzrə Mühəndis

İşin təsviri

Struktur: İnşaat Departamenti

İş yeri: Bakı şəhəri, yaşayış komplekslərinin tikinti sahələri

Əmək haqqı: Müsahibə əsasında (təcrübəyə görə)

Vəzifənin məqsədi:

  • Tikinti və təmir proseslərində inşaat işlərinin texniki norma və standartlara uyğun icrasına nəzarət etmək, keyfiyyət pozuntularının qarşısını almaq və texniki sənədləşməyə dəstək vermək.

Əsas Vəzifə Öhdəlikləri:

  • Tikinti obyektlərində görülən işlərin layihə və normativ sənədlərə uyğunluğuna nəzarət
  • İstifadə olunan material və texnologiyaların keyfiyyətinin yoxlanılması
  • Aşkar edilmiş uyğunsuzluqların sənədləşdirilməsi və rəhbərliyə təqdim olunması
  • Qəbul aktlarının və texniki hesabatların hazırlanmasında iştirak
  • Yeni tikinti texnologiyalarının izlənməsi və tətbiqinə dəstək

Namizədə Tələblər:

  • İnşaat mühəndisliyi üzrə ali təhsil (mütləqdir)
  • Tikinti sahəsində minimum 1 il iş təcrübəsi
  • Tikinti prosesləri və texniki sənədlərlə işləmə bacarığı
  • Dəqiqlik və məsuliyyətlilik
  • Yeni texnologiyaları araşdırmaq və tətbiq etmək bacarığı
  • AutoCAD və MS Office proqramlarında işləmək bacarığı
  • Komanda ilə işləmək və öyrənməyə açıq olmaq

Biz nə təklif edirik:

  • Real tikinti layihələrində işləmək imkanı
  • Təcrübəli mühəndis komandası ilə inkişaf fürsəti
  • Aydın və sistemli iş mühiti
  • İxtisasartırma və təlim imkanları
  • Karyera inkişafı üçün potensial və peşəkar dəstək

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.