Məzmuna keçin
Bu elanın müddəti bitib. Səhifə arxivdə qalır. Aşağıda oxşar aktiv elanlar var.Oxşar elanlar
Qala Group yerləşdirilib

Satınalma üzrə Aparıcı Mütəxəssis

Şəhər
Bakı
İş növü
Tam iş günü

Oxşar aktiv elanlar

Bütün Bakı vakansiyaları →

Vakansiya haqqında

Struktur bölmə: Kommersiya Departamenti
Tabeçilik: Satınalma Rəhbəri / Kommersiya Direktoru

Vəzifə Öhdəlikləri:

  • Şirkətin tələblərinə uyğun olaraq satınalma prosesinin tam dövriyyəsini həyata keçirmək
  • Bazar araşdırması aparmaq, yeni təchizatçılar tapmaq və qiymət müqayisələrini hazırlamaq
  • Təchizatçılarla qiymət, keyfiyyət, çatdırılma şərtləri və ödəniş müddətləri üzrə danışıqlar aparmaq
  • Satınalma sifarişlərini hazırlamaq, təsdiq proseslərini koordinasiya etmək
  • Təhvil-təslim prosesinə nəzarət etmək, daxil olan malların uyğunluğunu yoxlamaq
  • Müqavilələrin, kommersiya təkliflərinin və texniki sənədlərin işlənməsində iştirak etmək
  • Satınalma fəaliyyətinə dair aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
  • Təchizatçıların fəaliyyətinə dair performans qiymətləndirmələri aparmaq
  • Büdcə ilə işləmək prinsiplərinə uyğun olaraq xərclərin optimallaşdırılmasına dəstək vermək
  • 1C və daxili ERP sistemində bütün satınalma əməliyyatlarının uçotunu aparmaq

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Biznes, Menecment və ya əlaqəli sahə üzrə)
  • Satınalma və ya kommersiya sahəsində minimum 3 il iş təcrübəsi
  • Bazar araşdırmaları, kommersiya müqayisəsi və tender prosesi ilə bağlı biliklər
  • 1C, Microsoft Office (xüsusilə Excel) üzrə yüksək bacarıq
  • Güclü analitik düşüncə və danışıqlar aparmaq bacarığı
  • Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək qabiliyyəti
  • Tikinti və ya istehsalat sahəsində iş təcrübəsi üstünlükdür

Şirkətin Təklifləri:

  • Rəsmi əmək müqaviləsi
  • Stabil və təhlükəsiz iş mühiti
  • Aylıq əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək
  • Karyera inkişafı və təlim imkanları
  • Korporativ Tibbi sığorta paketi 

Maraqlanan namizədlərMüraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Əlavə məlumat

  • Təcrübə: 3 il