Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Tibbi sərfiyyat materiallarının, dərman vasitələrinin və digər tibbi məhsulların anbara qəbulunu, saxlanılmasını, uçotunu və müvafiq şöbələrə təhvil verilməsini təmin etmək;
Anbara daxil olan məhsulların faktiki miqdarını, çeşidini, markalanmasını, qablaşdırma vəziyyətini və son istifadə tarixlərini müşayiətedici sənədlər əsasında yoxlamaq;
Məhsulların e-qaimə-faktura və digər müvafiq sənədlər əsasında proqram təminatında qeydiyyatını aparmaq;
Tibbi məhsulların xüsusiyyətlərinə uyğun olaraq anbarda düzgün yerləşdirilməsinə, temperatur, rütubət və sanitariya-gigiyena tələblərinə riayət olunmasına nəzarət etmək;
Məhsulların saxlanılması və dövriyyəsi zamanı FIFO və FEFO prinsiplərinin tətbiqini təmin etmək;
Klinikada fəaliyyət göstərən struktur bölmələrin sifarişləri əsasında məhsulların hazırlanmasını, təhvil verilməsini və müvafiq proqramda uçotunu aparmaq;
Anbar qalıqlarına və məhsulların son istifadə tarixlərinə mütəmadi nəzarət etmək, ehtiyatların azalması və istifadə müddətinin başa çatması ilə bağlı rəhbərliyi vaxtında məlumatlandırmaq;
Anbar üzrə inventarizasiya proseslərində iştirak etmək, faktiki qalıqlarla proqram göstəricilərinin uyğunluğunu yoxlamaq və aşkar edilən uyğunsuzluqlar barədə məlumat vermək;
Məhsulların qəbulu, saxlanılması və təhvili ilə bağlı sənədləşmə işlərini düzgün aparmaq və müvafiq qaydada arxivləşdirilməsini təmin etmək;
Anbar sahəsində əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına riayət etmək;
Fəaliyyət sahəsinə aid normativ sənədlərin, daxili prosedurların və müvafiq təlimatların tələblərinə uyğun fəaliyyət göstərmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vəzifə səlahiyyətləri çərçivəsində vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər:
Tələblər
- Ali təhsil
- Tibb müəssisələrində anbardar kimi 1–3 il iş təcrübəsi
- Tibbi məhsulların saxlanılması, markalanması və son istifadə tarixlərinə nəzarət qaydaları barədə biliklər
- Anbar uçotu, inventarizasiya və sənəd dövriyyəsi prosesləri üzrə praktiki bilik və bacarıqlar
- Microsoft Office proqramlarında, xüsusilə Excel və Word-də sərbəst işləmək bacarığı
- E-qaimə-faktura və digər uçot sənədləri ilə işləmək bacarığı
Üstünlük hesab olunur
- Əczaçılıq, logistika, iqtisadiyyat və digər müvafiq ixtisaslar üzrə təhsil üstünlükdür
- 1C və ya digər anbar uçotu proqramlarında işləmək bacarığı arzuolunandır
Oxşar elanlar
- Həkim – Anestezioloq-ReanimatoloqQarabağ Universitetinin Klinikası · Bu gün
- QeydiyyatçıQarabağ Universitetinin Klinikası · 5 gün əvvəl
- PsixiatrQarabağ Universitetinin Klinikası · 5 noyabr 2026
- Kiçik tibb işçisi/PorterQarabağ Universitetinin Klinikası · 4 noyabr 2026
- Satış Məsləhətçisi (Xankəndi)Kontakt Home · 30 oktyabr 2026
- Əməliyyatxana tibb bacısıQarabağ Universitetinin Klinikası · 30 oktyabr 2026