Vakansiya haqqında
Vəzifənin təsviri:
Müasir radioloji diaqnostika metodlarından istifadə etməklə pasiyentlərə yüksək keyfiyyətli tibbi xidmət göstərmək, klinik göstərişlər əsasında müvafiq görüntüləmə müayinələrini həyata keçirmək və nəticələrini qiymətləndirmək.
Rentgenoqrafiya, kompüter tomoqrafiyası (KT), maqnit-rezonans tomoqrafiyası (MRT) və digər radioloji müayinələrin aparılmasını müvafiq klinik protokollara uyğun təşkil etmək, əldə olunan görüntüləri təhlil edərək dəqiq diaqnostik rəylər hazırlamaq.
Radioloji müayinələrin nəticələrini pasiyentin klinik vəziyyəti və xəstəlik tarixçəsi ilə əlaqəli şəkildə qiymətləndirmək, aşkar edilmiş patoloji dəyişiklikləri müəyyənləşdirmək və zəruri hallarda əlavə diaqnostik müayinələrə dair tövsiyələr vermək.
Radioloji müayinələrə dair tibbi sənədlərin və diaqnostik rəylərin mövcud qaydalara uyğun olaraq vaxtında və düzgün rəsmiləşdirilməsini təmin etmək, tibbi avadanlıqların səmərəli istifadəsinə, radiasiya təhlükəsizliyi və keyfiyyət standartlarına riayət olunmasına nəzarət etmək.
Klinikanın digər struktur bölmələri və tibb mütəxəssisləri ilə əməkdaşlıq etmək, multidissiplinar müzakirələrdə iştirak etmək, orta tibb heyətinə metodiki dəstək göstərmək, pasiyent təhlükəsizliyi, tibbi etika və sanitariya-epidemioloji qaydalara riayət etmək.
Tələblər:
Tələblər
- Ali tibbi təhsil və Radiologiya ixtisası üzrə müvafiq ixtisaslaşma
- Tibbi protokollar, radiasiya təhlükəsizliyi, pasiyent təhlükəsizliyi və klinik keyfiyyət standartları üzrə biliklər
- Radioloji görüntülərin təhlili, diaqnostik rəylərin hazırlanması, klinik qərarvermə, komanda ilə işləmək və effektiv kommunikasiya bacarıqları
- Xaricdə təhsil almış
Üstünlük hesab olunur
- Akademik tədqiqat fəaliyyəti və universitet mühitində iş təcrübəsi olan namizədlərə üstünlük verilir
Oxşar elanlar
- Həkim – Anestezioloq-ReanimatoloqQarabağ Universitetinin Klinikası · Bu gün
- PsixiatrQarabağ Universitetinin Klinikası · 5 noyabr 2026
- Kiçik tibb işçisi/PorterQarabağ Universitetinin Klinikası · 4 noyabr 2026
- Əməliyyatxana tibb bacısıQarabağ Universitetinin Klinikası · 30 oktyabr 2026
- Laborant mikrobioloqQarabağ Universitetinin Klinikası · 28 oktyabr 2026
- Həkim – Təcili Tibbi YardımQarabağ Universitetinin Klinikası · 27 oktyabr 2026