Məzmuna keçin
Qarabağ Universitetinin Klinikası yerləşdirilib

Sığorta üzrə mütəxəssis

Şəhər
Xankəndi
İş növü
Tam iş günü

Vakansiya haqqında

İcbari Tibbi Sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin koordinasiyasını həyata keçirmək;

Pasiyentlərin sığorta statusunu yoxlamaq və xidmətlərin sığorta uyğunluğunu qiymətləndirmək;

e-Təbib informasiya sistemində tibbi xidmətlərin düzgün qeydiyyatına və məlumatların tamlığına nəzarət etmək;

e-Təbib sistemində yaranan texniki və əməliyyat xarakterli uyğunsuzluqları müəyyən etmək və aidiyyəti struktur bölmələrlə birlikdə aradan qaldırılmasını təmin etmək;

Xəstəxana İnformasiya Sistemi (HIS/Pusula) ilə işləmək, sistemlərarası məlumat uyğunluğunu izləmək;

Könüllü tibbi sığorta şirkətləri ilə gündəlik yazışmaları və əməliyyat proseslərini həyata keçirmək;

Sığorta müqavilələrinin icrasını izləmək və hesabatlar hazırlamaq;

Sığorta prosesləri üzrə statistik və analitik məlumatları toplamaq, təhlil etmək və rəhbərliyə təqdim etmək;

İcbari Tibbi Sığorta Agentliyi və digər tərəfdaş qurumlarla işgüzar əməkdaşlıq aparmaq;

Sığorta sahəsində normativ-hüquqi aktlarda baş verən dəyişiklikləri izləmək və tətbiq etmək;

Şöbənin fəaliyyət istiqamətlərinə uyğun digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Ali təhsil (Tibb, İctimai səhiyyə, Səhiyyə idarəçiliyi, Menecment, İqtisadiyyat və ya digər uyğun ixtisaslar)
  • İş təcrübəsi
  • Səhiyyə və ya tibbi sığorta sahəsində minimum 2 il iş təcrübəsi
  • Peşəkar bilik və bacarıqlar
  • İcbari Tibbi Sığorta sistemi üzrə bilik
  • E-Təbib informasiya sistemi ilə işləmək bacarığı (mütləq tələb)
  • Tibbi sənədləşmə və tibbi terminologiya üzrə bilik
  • Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı
  • Analitik hesabatların hazırlanması bacarığı
  • Analitik düşünmə bacarığı
  • Məsuliyyətli və dəqiq işləmək
  • Yüksək ünsiyyət və komanda ilə işləmə bacarığı
  • Problem həll etmə və qərarvermə bacarığı
  • Öyrənməyə və peşəkar inkişafa açıq olmaq

Üstünlük hesab olunur

  • İcbari Tibbi Sığorta sistemi ilə iş təcrübəsi üstünlük hesab olunur
  • Hospital Information System (HIS/Pusula və ya analoji sistemlər) ilə işləmək bacarığı üstünlükdür

Oxşar elanlar

Bütün Xankəndi vakansiyaları →