Poliklinika tibb bacısı
- Şəhər
- Xankəndi
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Həkim təyinatlarına uyğun olaraq tibbi prosedur və manipulyasiyaları həyata keçirmək;
Pasiyentləri müayinə və tibbi prosedurlara hazırlamaq;
Həkimə ambulator müayinə və prosedurlar zamanı assistentlik etmək;
Pasiyentlərin həyati göstəricilərini (arterial təzyiq, nəbz, temperatur və s.) ölçmək və qeydiyyatını aparmaq;
İnyeksiya, infuziya, sarğı və digər tibbi manipulyasiyaları səlahiyyətləri çərçivəsində icra etmək;
Tibbi avadanlıq və alətlərin istifadəyə hazırlığını təmin etmək;
Tibbi sənədləşməni və elektron qeydiyyatı müəyyən edilmiş qaydalara uyğun aparmaq;
İnfeksiyaya nəzarət, aseptika, antiseptika və sanitariya-gigiyena qaydalarına riayət etmək;
Tibbi tullantıların düzgün çeşidlənməsini və utilizasiyaya təhvil verilməsini təmin etmək;
Pasiyentlərin təhlükəsizliyini və tibbi məlumatların məxfiliyini qorumaq.
Tələblər:
Tələblər
- Tibb bacısı ixtisası üzrə orta ixtisas və ya ali tibb təhsili
- Müvafiq ixtisas üzrə qüvvədə olan sertifikasiya şəhadətnaməsi (qanunvericiliyin tələblərinə uyğun)
- İnyeksiya, infuziya, sarğı və digər əsas tibb bacısı prosedurlarını icra etmək bacarığı
- Aseptika, antiseptika və infeksiyaya nəzarət qaydaları üzrə biliklər
- Tibbi sənədləşmə və kompüter proqramları ilə işləmək bacarığı
Üstünlük hesab olunur
- Poliklinika və ya digər tibb müəssisələrində müvafiq iş təcrübəsi arzuolunandır
Oxşar elanlar
- Həkim-laborantQarabağ Universitetinin Klinikası · 3 gün əvvəl
- Həkim – Anestezioloq-ReanimatoloqQarabağ Universitetinin Klinikası · 12 noyabr 2026
- PsixiatrQarabağ Universitetinin Klinikası · 5 noyabr 2026
- Kiçik tibb işçisi/PorterQarabağ Universitetinin Klinikası · 4 noyabr 2026
- Əməliyyatxana tibb bacısıQarabağ Universitetinin Klinikası · 30 oktyabr 2026
- Laborant mikrobioloqQarabağ Universitetinin Klinikası · 28 oktyabr 2026