Tədris prosesinə dəstək üzrə mütəxəssis
- Şəhər
- Xankəndi
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Vəzifənin məqsədi:
Fakültədə gündəlik tədris prosesinin fasiləsiz və səmərəli təşkilinə dəstək göstərmək, dərs otaqları, tədris materialları, avadanlıqlar və rəqəmsal tədris vasitələrinin istifadəsi ilə bağlı əməliyyat işlərini həyata keçirmək.
Vəzifə sahibi akademik heyət, Tələbə İşləri, Təhsil Texnologiyaları Koordinatorluğu, İnformasiya Texnologiyaları (İT) və digər aidiyyəti struktur bölmələrlə əməkdaşlıq edərək gündəlik tədris prosesinin səmərəli təşkilinə dəstək göstərir.
Vəzifənin təsviri:
Dərs otaqları, laboratoriyalar və digər tədris sahələrinin dərslərə hazır olmasını yoxlamaq və təmin etmək.
Tədris üçün lazım olan material, ləvazimat və istehlak mallarına ehtiyacı izləmək, sifariş və təchizat prosesinə dəstək göstərmək.
Proyektor, kompüter, ekran və digər tədris avadanlıqlarının işlək vəziyyətdə olmasını izləmək.
Texniki nasazlıqlar yarandıqda İT və digər aidiyyəti bölmələrlə əlaqə saxlamaq və problemin həllini izləmək.
Dərs zamanı yaranan sadə texniki və logistika problemlərinin operativ həllinə dəstək göstərmək.
Müəllimlərə tədris materiallarının hazırlanması, çoxaldılması, yerləşdirilməsi və istifadəsi ilə bağlı əməliyyat dəstəyi göstərmək.
Blackboard və digər LMS platformalarının gündəlik istifadəsində müəllim və tələbələrə ilkin dəstək göstərmək.
LMS-də dərs materiallarının, elanların və digər tədris resurslarının yerləşdirilməsinə kömək etmək.
Tələbə İşləri ilə birlikdə tələbə qrupları, dərs cədvəlləri, auditoriyalar və tədrisin gündəlik təşkili ilə bağlı məsələlərdə koordinasiyalı işləmək.
Təhsil Texnologiyaları Koordinatorluğu tərəfindən tətbiq edilən rəqəmsal tədris vasitələrinin istifadəsinə dəstək göstərmək.
Tədris avadanlığı və materiallarının inventar uçotunun aparılmasına kömək etmək.
Mövcud material və avadanlıqlar üzrə çatışmazlıqları müəyyənləşdirmək və məsul şəxsə məlumat vermək.
Növbəti tədris dövrləri üçün material, avadanlıq və digər resurs ehtiyaclarının müəyyənləşdirilməsinə dəstək göstərmək.
Tədris prosesinin fasiləsiz həyata keçirilməsi üçün digər inzibati və texniki bölmələrlə əməkdaşlıq etmək.
Tələblər:
Tələblər
- Ali təhsil
- Təhsil, idarəetmə
- Universitet, təhsil müəssisəsi
- Kompüter və ofis proqramlarından yaxşı istifadə bacarığı
- Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı
- Yaxşı təşkilatçılıq və ünsiyyət bacarıqları
- Operativ problemləri həll etmək və müxtəlif bölmələrlə koordinasiyalı işləmək bacarığı
- Məsuliyyətli, diqqətli və öyrənməyə açıq olmaq
Üstünlük hesab olunur
- İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür
- Ofis idarəçiliyi və ya əməliyyat dəstəyi sahəsində iş təcrübəsi üstünlükdür
- Blackboard və ya digər LMS platformaları ilə iş təcrübəsi üstünlükdür
- İngilis dili biliyi üstünlükdür
Oxşar elanlar
- Satış Məsləhətçisi (Xankəndi)Kontakt Home · 30 oktyabr 2026
- Həkim – Anestezioloq-ReanimatoloqQarabağ Universitetinin Klinikası · Bu gün
- QeydiyyatçıQarabağ Universitetinin Klinikası · 5 gün əvvəl
- PsixiatrQarabağ Universitetinin Klinikası · 5 noyabr 2026
- Kiçik tibb işçisi/PorterQarabağ Universitetinin Klinikası · 4 noyabr 2026
- Əməliyyatxana tibb bacısıQarabağ Universitetinin Klinikası · 30 oktyabr 2026