Məzmuna keçin
Qartal Tikinti Firması yerləşdirilib

Peşəkar Qaynaqçı

Maaş
1 200 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İşəgötürən: Qartal Tikinti Firması

Əmək haqqı: Vergilər çıxıldıqdan sonra 1200 AZN

İş yeri: Qartal Tikinti Firmasının istehsalat sahəsi- Sumqayıt şəhər, Çerkassi küçəsi 220. və sifarişçilərin ölkə ərazisindəki digər obyektləri.

İş şəraiti:

İş saatı 08:00-18:00-dək;

İstirahət günü - Bazar günləri; Normadan əlavə iş saatlarının dəyəri bir iş gününün əmək haqqına əlavə ödəniləcəkdir.

İş yerinə və geriyə daşınma Qartal Tikinti Firmasının nəqliyyat vasitəsilə yerinə yetiriləcəkdir.

İşlədiyi yerdə firma tərəfindən naharla təmin ediləcəkdir;

İş görüləcək obyektlər əsasən Qartal Tikinti Firmasının metal konstruksiya sexi və sifarişçilərin ölkə ərazisindəki digər obyektləri.

Əlaqə vasitələri:

CV-nizi Müraciət et düyməsində qeyd olunan email ünvanına, mövzu hissəsində montajçı yazmaqla göndərin. Əgər CV-niz yoxdursa aşağıda qeyd olunmuş əlaqə nömrəsinin whatsappına ad, soyad, yaşınız, yaşayış yeriniz, iş təcrübəniz (iş yeri və görülən işlər göstərilməklə), əldə etdiyiniz sertifikatlar, montajçı işiylə bağlı bacarıqlarınız və s. haqda məlumatlarınızı göndərin.

Tələblər

  • Müasir qaynaq aparatıları ilə işləməyi bacarmalıdır
  • Metal konstruksiya və boru qaynağı (6G) işlərində ən azı 3 il iş təcrübəsi olmalı, qurğularda qaynaq işlərini sərbəst surətdə yerinə yetirməlidir
  • İş Proseduru və Riski Dəyərləndirməni başa düşməli və tələbləri həyata keçirməlidir
  • Qaynaq edərkən Qaynaq Prosedurunun tələblərinə uyğun işini qurmalı, qaynaq tikişlərini Qaynaq Prosedurunun Spesifikasiyasına (WPS) uyğun yerinə yetirməyi bacarmalıdır
  • İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməlidir
  • Qurudakı və dənizdəki obyektlərdə metal konstruksiya və boru qaynağı işləri yerinə yetiriləcəkdir
  • Qartal Tikinti Firmasının metal-konstruksiya sexində, Sifarişçi obyektlərində metal konstruksiyaların quraşdırılması üçün sxemə uyğun metal konstruksiyaları qaynaq etməlidir
  • Sifarişçinin obyektlərində əvvəlcədən hazırlanmış metal konstruksiyaları sxemə uyğun quraşdırılması üçün qaynaq edəcəkdir
  • Metal kəsmə və montaj işlərini də bacarmalıdır

Üstünlük hesab olunur

  • Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →