Məzmuna keçin
OBA Market MMC yerləşdirilib

İstehsalat şöbə müdiri

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İstehsalat proseslərinin effektiv idarə edilməsini, fasiləsizliyini və müəyyən edilmiş standartlara uyğun icrasını təmin etmək;

Məhsul kateqoriyalarının inkişaf strategiyasını hazırlamaq və məhsul portfelinin optimallaşdırılmasını həyata keçirmək;

Yeni məhsulların hazırlanması, resepturaların və texniki spesifikasiyaların formalaşdırılması prosesinə rəhbərlik etmək;

Məhsulların keyfiyyət, dad, görünüş və təqdimat standartlarına uyğunluğuna nəzarət etmək;

Qida təhlükəsizliyi, sanitariya-gigiyena və AQTA tələblərinin tətbiqini təmin etmək;

İstehsalat xərclərini, xammal sərfiyyatını və məhsul itkilərini təhlil edərək optimallaşdırma tədbirləri həyata keçirmək;

Təchizat, satınalma və satış komandaları ilə koordinasiyalı əməkdaşlığı təmin etmək;

Satış göstəricilərini və istehlakçı tələbatını təhlil edərək məhsul çeşidi və istehsal həcmləri üzrə təkliflər hazırlamaq;

İstehsalat heyətinin fəaliyyətini idarə etmək, iş bölgüsünü və performans qiymətləndirilməsini təşkil etmək;

Şöbənin fəaliyyət nəticələrini və əsas performans göstəricilərini (KPI) təhlil edərək rəhbərliyə hesabat təqdim etmək.

Tələblər

  • Qida mühəndisliyi, Qida texnologiyaları, Kimya mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil
  • İstehsalat və ya qida sənayesi sahəsində minimum 5 il iş təcrübəsi, rəhbər vəzifədə minimum 2 il idarəetmə təcrübəsi
  • İstehsalat proseslərinin təşkili və idarə edilməsi üzrə praktiki biliklər
  • Qida təhlükəsizliyi, HACCP, GMP və keyfiyyət standartları üzrə biliklər
  • Məhsul resepturalarının hazırlanması, maya dəyərinin hesablanması və xammal sərfiyyatının idarə edilməsi üzrə təcrübə
  • İstehsalat göstəricilərinin təhlili və proseslərin optimallaşdırılması bacarığı
  • Liderlik, analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →