Məzmuna keçin
Amper Elektrik yerləşdirilib

Elektrostatik toz boya operatoru

Maaş
1 800 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

Metal pano korpuslarının toz boya texnologiyası ilə boyanması prosesini həyata keçirmək.

Elektrostatik toz boya aparatının idarə olunmasını və düzgün işləməsini təmin etmək.

Boyama öncəsi metal səthlərin hazırlanmasına və təmizlənməsinə nəzarət etmək.

Boya aparatının təzyiq, gərginlik və digər iş parametrlərini düzgün tənzimləmək.

Polimerləşdirmə peçinin idarə olunması, temperatur və bişirmə müddətinin düzgün təyin edilməsi.

Boyanmış məhsulların keyfiyyətinə, rəng uyğunluğuna və örtük qalınlığına nəzarət etmək.

Boyama sistemi və peçdə yaranan texniki nasazlıqları müəyyən etmək.

Avadanlıqların texniki baxışını və profilaktik xidmətini həyata keçirmək.

Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.

İş şəraiti

Ünvan - Atyalı

Əməkhaqqı 1800 Azn+bonus

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →