Məzmuna keçin
Sentra yerləşdirilib

Qaynaq üzrə keyfiyyətə nəzarət (QC) inspektoru

Maaş
800 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Qaynaq üzrə Keyfiyyətə Nəzarət (QC) İnspektoru

Əmək haqqı: 800 AZN (namizədin iş təcrübəsi və bilik səviyyəsindən asılı olaraq razılaşma yolu ilə müəyyən edilir)

Öhdəliklər

  • Qaynaq işlərinin layihə sənədlərinə və standartlara uyğunluğuna nəzarət etmək;
  • Qaynaq tikişlərinin vizual və ölçmə yoxlamalarını (VT) aparmaq;
  • Qaynaq prosedurlarının (WPS/PQR) və qaynaqçı sertifikatlarının yoxlanılmasını təmin etmək;
  • Qeyri-dağıdıcı müayinə (NDT) proseslərini izləmək və nəticələri sənədləşdirmək;
  • Aşkarlanan uyğunsuzluqlarla bağlı aktlar (NCR) tərtib etmək və aradan qaldırılmasına nəzarət etmək.

Tələblər

  • Qaynaq işləri və keyfiyyətə nəzarət sahəsində baza biliklər (təcrübəsi az olan, lakin sahə üzrə bilikli namizədlər də dəyərləndiriləcək)
  • Qaynaq növləri və müvafiq standartlar (ASME, AWS, ISO və s.) haqqında anlayış
  • Texniki çertyojları oxuma bacarığı
  • Diqqətcil, məsuliyyətli və öyrənməyə açıq olmaq

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →