Vakansiya haqqında
Elektrik mühərriklərinin təmirdən sonra sazlanması və yoxlanmasını təmin etmək;
Avadanlıqlarda istifadə edilən bütün elektrik hissələrinin yerini, funksiyasını bilmək və nasazlığını yoxlayıb aradan qaldırmaq;
Təmir olunması mümkün olan (texnoloji baxımdan) cihazların təmirini və sazlanmasını həyata keçirmək;
Güc və işıqlandırma sxemlərinə nəzarət etmək;
Elektrik sxemlərinin oxunması və təmir zamanı işin sxemlərə uyğun yerinə yetirilməsini təmin etmək;
Yarımstansiyanın elektrik avadanlığının, texnolji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxem və qurğularını yoxlanmaq və qüsurların aradan qaldırılmasını təmin etmək.
Tələblər
- Müvafiq sahə üzrə orta ixtisas / ali təhsil (Elektrik, Elektrotexnika, Energetika və s.)
- Elektrik mühərriklərinin təmiri, sazlanması və sınaq/yoxlama prosesləri üzrə təcrübə
- Avadanlıqlarda istifadə olunan elektrik hissələrinin yerini və funksiyasını bilmə, nasazlıqların diaqnostikası və aradan qaldırılması bacarığı
- Elektrik sxemlərini (güc və işıqlandırma sxemləri daxil olmaqla) oxuma və sxemlərə uyğun montaj/təmir işlərini icra etmə bacarığı
- Yarımstansiya elektrik avadanlıqları, texnoloji maşınlar, avtomatika və telemexanika cihazları üzrə anlayış və onlarla işləmək bacarığı
- Elektrik ölçü cihazları ilə işləmək (multimetr, meqommetr və s.) bacarığı
- Komandada işləmə bacarığı
- Məsuliyyətlilik
- Düzgünlük
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək
Üstünlük hesab olunur
- Müvafiq sahə üzrə iş təcrübəsi (arzuolunandır)
Oxşar elanlar
- FəhləBaku Electronics · 3 gün əvvəl
- Elektrik (Balaxanı ərazisi üzrə)Mətanət A Şirkətlər Qrupu · 3 gün əvvəl
- Mexanik-QaynaqçıMətanət A Şirkətlər Qrupu · 4 gün əvvəl
- FəhləMətanət A Şirkətlər Qrupu · 4 gün əvvəl
- ÇilingərMətanət A Şirkətlər Qrupu · 4 gün əvvəl
- Çilingər (Bakı lokomotiv deposu)Azərbaycan Dəmir Yolları · 4 gün əvvəl