Məzmuna keçin
Prime Cotton yerləşdirilib

Qaynaqçı (Ağcabədi)

Şəhər
Ağcabədi
İş növü
Tam iş günü

Vakansiya haqqında

İşə başlamadan öndə qaynaq aparatlarının ,aqreqatlaerının sazlığını və qaynaq məftillərinin izolyasiya olunmasını yoxlmaq;

Kənd təsərrüfatı texnikalarının müxtəlif detal,qoşqu,avadanlıqlarının və digər metal konstruksiyaların qaynaq işlərini icra etmək;

İş yerində yanğın təhlükəsi yarada biləcək əşya və predmetləri uzaqlaşdırmaq;

Elektrik və qaz qaynağı aparatlarını işə hazır vəziyyətə gətirmək;

Elektrik və qaz qaynağı işlərini həyata keçirmək və görülən işin keyfiyyətinə nəzarət etmək;

Əlavə iş vaxtında və ehtiyac olduqda növbəli iş rejimində işləmək;

Tələbdən asılı olaraq müxtəlif qaynaq növlərində qaynaq etməyi bacarmaq;

Günlük iş planına və qaynaq proseduruna uyğun olaraq qaynaq etmək;

Qaynaq üçün istifadə ediləcək materialların düzgün ölçüsü, növü və sayını müəyyənləşdirmək, əldə etmək və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlamaq;

İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;

İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq;

Tələblər

  • Təhsil : Orta
  • Elektrik qaynaq avtomat və yarım avtomatların, qaz qaynağı və kəsən aparatların quruluşunu və iş prinsipini bilməli
  • Qaynaq koduna uyğun olaraq keyfiyyətli qaynaq etməyi bacarmalı
  • Qaynaq zamanı əməyin mühafizəsi qaydalarını bilməli
  • Qaynaq birləşmələrinin növlərinin və tikişin tipini bilməli
  • Qaynaq olunacaq məmulatların qaynağa hazırlanması qaydalarını bilməli
  • Qaynaq zamanı istifadə olunacaq elektrodların, metalların tərkibini və növünü bilməli
  • Ən az 1 illik qaynaqçı təcrübəsi olmalı
  • Sürət, gərginlik və amper tənzimləmək üçün qaynaq prosesini müşahidə etmək və problemləri müəyyənləşdirə bilmək bacarığı olmalı
  • Tələbdən asılı olaraq müxtəlif qaynaq növlərində qaynaq etməyi bacarmalı
  • Komanda ilə işləyə bilməlidir

Oxşar elanlar

Bütün Ağcabədi vakansiyaları →