İşin təsviri
Vəzifə öhdəlikləri:
- Risklərin idarə edilməsi üzrə Bankın daxili qaydalarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
- Əməliyyat risklərinin azaldılması və aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər planı, əməliyyatlar üzrə limitlər hazırlamaq və tövsiyyələr vermək;
- Bank risk iştahasını ifadə edən və təyin edilmiş riskləri qiymətləndirən əmsallara nəzarəti təmin etmək;
- Bankın baş ofisi və filiallarında həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması, nəticələrinin sənədləşdirilməsi və təkliflərin verilməsində iştirak;
- Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində iştirak;
- Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılmasının təmin edilməsi;
- Yeni məhsul və xidmətlərin risk qiymətləndirilməsində iştirak;
- İlkin Sorğular və üzbəüz görüşlər keçirtmək;
- Birbaşa özünün habelə strukturun fəaliyyətinə aid olan digər vəzifələri həyata keçirmək;
Tələblər
- Ali təhsil (Risk menecment,maliyyə,iqtisadiyyat və s. oxşar sahələr);
- Xarici dil bilikləri üstünlük sayılır (İngilis dili və Rus dili);
- MS Office proqramları ilə işləmək bacarığı;
- əqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində işləmə bacarığı;
- Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
- Yüksək kommunikasiya və təqdim etmə bacarığı.