İşin təsviri
“Rabitəbank” ASC Komplayens departamentinin Komplayens şöbəsinə Aparıcı/Baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
- Müştərilərdən daxil olan şikayətlərin komplayens riskləri baxımından monitorinqini həyata keçirmək;
- Şikayətləri müəyyən edilmiş meyarlar əsasında təhlil etmək və komplayens riski yaradan halları müəyyənləşdirmək;
- Komplayens pozuntusu, maraqlar münaqişəsi, etik davranış qaydalarının pozulması və digər risk əlamətləri olan şikayətləri müəyyən etmək;
- Zəruri hallarda aidiyyəti struktur bölmələrdən şikayətlərlə bağlı əlavə məlumat və sənədlər tələb etmək;
- Şikayətlər üzrə müəyyən edilmiş komplayens risklərinin aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq;
- Şikayətlərin nəticələri üzrə dövri monitorinq və analitik hesabatlar hazırlamaq;
- Şikayətlərin idarə olunması prosesinin daxili normativ sənədlərə və komplayens tələblərinə uyğunluğunu qiymətləndirmək;
- Maraqlar münaqişəsinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması prosesində iştirak etmək;
- Maraqlar münaqişəsi hallarının komplayens risk səviyyəsini qiymətləndirmək;
- Maraqlar münaqişəsinin idarə olunması ilə bağlı qəbul edilmiş qərarların və müəyyən edilmiş tədbirlərin icrasına monitorinq həyata keçirmək;
- Maraqlar münaqişəsi reyestrinin aparılmasını təmin etmək;
- Hədiyyələr reyestrinin aparılmasını təmin etmək;
- Dövri hesabatlar hazırlamaq.
Tələblər
- Ali təhsil: İqtisadiyyat və ya Hüquq sahəsində;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – yaxşı səviyyədə, rus dili – arzuolunandır;
- Analitik düşünmə və problemləri təhlil etmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli və diqqətli yanaşma.